Qaradağda seçkilər yüksək mütəşəkkillik və ictimai fəallıq şəraitində baş tutub
10.10.2013 [17:59]
Tam demokratik standartlara uyğun keçirilən seçkilərdə Qaradağ rayon əhalisi gələcəyinin etibarlı təminatına səs verdi
Dünən ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Seçicilərin məntəqələrə aktiv axını ilə müşahidə olunan seçkidə Azərbaycan xalqı ən layiqli namizədə səs verib. Qeyd edək ki, yüksək seçici fəallığı Qaradağ rayonunda da müşahidə edilib. Qaradağ rayonu ərazisində iki dairə - 11 saylı Qaradağ və 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairələri üzrə 53 məntəqədə 76 min seçici səs verib. Diqqət çəkən əsas məqam rayonda seçkilərin yüksək səviyyədə təşkil olunduğu və tam demokratik standartlara uyğun keçirilməsi idi. Baş çəkdiyimiz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 1, 3, 16 saylı seçki məntəqələrində də seçki prosesinin şəffaf şəkildə keçməsinin, yerlərdə vətəndaşlara azad şəkildə seçim etmək üçün hər bir şəraitin yaradıldığının şahidi olduq.
Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 3 saylı seçki məntəqəsində seçicilərin yüksək aktivliyi müşahidə olunurdu. Qəzetimizə açıqlamasında seçki komissiyasının sədri İlqar Alişanov bildirib ki, məntəqə üzrə seçicilərin sayı 1425 nəfərdir. Onun sözlərinə görə saat 12-dək məntəqə üzrə 250 nəfər seçkidə iştirak edib: “Seçicilərin fəallığı qənaətbəxşdir. Bütün müşahidəçilərin seçki prosesini izləyə bilməsi üçün hər cür şərait yaradılıb. Mətbuat orqanları azad fəaliyyət göstərirlər. Məntəqəmizdə olan Avropa Müşahidə Akademiyasından (AMA) nümayəndələr də bir irad bildirmədilər. İnanıram ki, günün sonuna kimi seçki prosesi belə davam edəcək. Ümidvaram ki, ən layqli namizəd prezident seçiləcək”.
İ.Alişanov onu da diqqətə çatdırıb ki, AMA təmsilçiləri olan beynəlxalq müşahidəçilər Lech Pronislav Kentech, John Joseph Pender 3 saylı seçki məntəqəsində keçirilən səsvermə prosesinin gedişini yüksək qiymətləndirib, qanunazidd hallarla rastlaşmadıqlarını qeyd ediblər.
Sözügedən məntəqədə şəxsi təşəbbüsü ilə seçkiləri müşahidə edən bitərəf Yasin Cabbarov deyib ki, saat 12:10-a qədər heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi qanun çərçivəsində davam edir. Vətəndaşlar fəallıq nümayiş etdirirlər. Hər şey seçki gününün sonunda bəlli olacaq”.
Seçkilərin gedişatından, yaradılan demokratik şəraitdən razılığını ifadə edən seçici Dilbər Teymurova qeyd edib ki, layiqli namizədə səs verib: “Seçkilərin tam demokratik keçirildiyindən əminəm. Bundan da şəffaf ola bilməz. Bütün ailəmiz YAP-ın üzvüdür. İnanıram ki, səs verdiyimiz şəxs prezident olacaq. Ölkəmizdə firavan həyat olması üçün mən İlham Əliyevə səs vermişəm”.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi 1 saylı seçki məntəqəsinin sədri İlqar Yusifov isə bildirib ki, məntəqə üzrə seçicilərin sayı 1426 nəfərdir: “Seçki fəallığı yüksəkdir. Günorta saatlarına 300-ə yaxın seçici səsvermədə iştirak edib. Xarici müşahidəçilər seçkinin gedişini izləyiblər. Beynəlxalq müşahidəçilərin ilkin rəyinə görə Azərbaycanda 2013-cü il prezident seçkiləri olduqca şəffaf və demokratik ab-havada keçir və seçici fəallığı yüksəkdir”.
Prezidentliyə namizəd Zahid Orucun təmsilçisi Samirə Qasımova səsvermə prosesinə saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib. Onun sözlərinə görə, səhər saatlarında vətəndaşların izdihamı müşahidə olunmurdusa, günorta saatlarınadək aktivlik artıb: “Bütün qayda-qanuna nəzarət olunur. Hər hansı bir şikayət daxil olmayıb. Səsvermə azad və şəffaf keçirilir”.
Öz təşəbbüsü ilə seçkilərdə iştirak edən müşahidəçi Kənan Hacızadə də saat 12:45-dək heç bir qayda pozuntusunun qeydə alınmadığını bildirib.
Yeri gəlmişkən, Qaradağ rayon sakinləri də onlar üçün yaradılan şəraitdən tam razı qaldıqlarını dilə gətirərək, əsl bayram əhval-ruhiyyəsində olduqlarını deyiblər. Seçici Sürayə Bayramova qeyd edib ki, insanlar öz hüquqlarını və öz seçimlərini necə edəcəklərini yaxşı bilirlər: “Onsuz da bizim seçimimiz əvvəldən bəlli idi. Məsələn, mən televizorda o biri namizədlərin çıxışlarını dinləyəndə, debatlara baxanda həmişə fikirləşmişəm ki, onlar özlərini, belə desək, hansı tərəziyə qoyub dahi, özlərini liderliyi bacaran bir şəxslə müqayisə edib rəqabətə girə bilirlər. İnanıram ki, İlham Əliyev yenə də ölkə başçısı seçiləcək”.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi 16 saylı seçki məntəqəsinin sədri Xatirə Namazova məntəqədə səsvermə prosesinin saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib: “Qaradağ rayon seçiciləri arasında təbliğat-təşviqat kampaniyası güclü aparıldığından insanlar öz hüquqlarını yaxşı bilirlər. Və bu da təbii olaraq insanların seçkilərdə fəal iştirakına gətirib çıxarıb. Hər kəs könüllü şəkildə seçkidə iştirak edərək öz namizədinə səs verir. Seçki prosesi şəffaf şəkildə və qanun çərçivəsində həyata keçirilir”.
1441 seçicisi olan məntəqədə saat 13:00 üçün 320 nəfərin səsvermədə iştirak etdiyini qeyd edən X.Namazova səsvermənin Seçki Məcəlləsinə uyğun şəkildə keçdiyini söyləyib.
Seçki prosesini BAXCP, ASDP, YAP, QHT nümayəndələri, həmçinin, ATƏT-in nümayəndələri izləyiblər.
Müstəqil namizəd Zahid Orucun təmsilçisi qismində müşahidəçi kimi seçki prosesini izləyən Mərifət Ağazadə söyləyib ki, məntəqəyə insan axını günün elə ilk saatlarından müşahidə olunub: “Saat 8:00-dan – məntəqə açılandan burdayam. Seçki prosesi normal keçir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Demokratiklik təmin olunub. Əhalinin fəallığı yüksəkdir”.
Müşahidəçi qismində seçki prosesini izləyən YAP-ın üzvü Gülxar Hümbətli bildirib ki, saat 6:30-da seçki məntəqəsinə gəlib: “Hazırlıq işləri həyata keçirilib, qutular bağlanılıb. Kabinələr yerləşdirilib. Saat 8:00-da məntəqələr açılıb. Elə ilk saatlardan vətəndaşların fəallığı müşahidə olunub. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Seçicilərin əksəriyyəti aşkar şəkildə İlham Əliyevə səs verdiklərini bildirirdilər. Buna səbəb ötən 10 ildə ölkədə həyata keçirilən islahatlar və yüksək iqtisadi inkişafdır. Bunu görməmək mümkün deyil. İnanıram ki, İlham Əliyev Prezident seçiləcək”.
Seçici Nisə Feyzullayeva öz seçimini etməkdə azad olduğunu, seçkilərin azad və demokratik keçirildiyini bildirərək Prezident İlham Əliyevə səs verdiyini qeyd edib. O, fərəh hissi ilə bildirib ki, İlham Əliyevə səs verməsinə səbəb göz qabağında olan inkişaf, ölkədə həyata keçirilən quruculuq və yenilənmə siyasətidir: “Mən Prezidentimiz İlham Əliyevə səs verdim. Çünki Onun dövlətimizi idarə etməsi, 10 ildə əldə olunan nailiyyətlər bir vətəndaş olaraq məni qane edir. İstəyirəm ki, gələcək 5 ildə də ölkəmizə İlham Əliyev rəhbərlik etsin”.
Başqa bir seçici Şəfiqə Quliyeva seçki məntəqəsində az bir müddət ərzində olmasına baxmayaraq, seçki prosesinin şəffaf və demokratik, azad keçirildiyini müşahidə etdiyini diqqətə çatdırıb: “Ailə üzvlərim, qohumlarımla birgə İlham Əliyevə səs verirəm. Çünki O xalqımıza böyük dayaqdır, arxadır”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının nümayəndəsi Azad Həsənov heç bir qanun pozuntusuna yol verilmədiyini deyib. O, bildirib ki, seçicilər tam şəffaf və demokratik şəkildə həyata keçirilib. A.Həsənov səsvermə prosesinin gedişatını yüksək qiymətləndirib, qanunazidd hallarla rastlaşmadığını deyib: “İnanıram ki, layiq olan namizəd prezident seçiləcək”.
Müstəqil namizəd Zahid Orucun təmsilçisi Elçin Abdullayev demokratik, azad, şəffaf seçkilərin müşahidə olunduğunu qeyd edib. O, digər seçicilərin də prezident seçkilərində iştiraklarını vacib hesab edərək öz müqəddəratlarını məhz elə özlərinin həll etməsi üçün seçkidə fəallıq göstərmələrinin vacibliyini vurğulayıb.
Sevinc NUR
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

