Ali Sənəd milli kimliyimizin, birliyimizin və gələcəyə inamımızın ifadəsidir
12.11.2025 [15:17]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
Xalqımız bu il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisəni - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü bayram edir. Azərbaycan xalqnın Lideri cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il həm də ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, həmçinin konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi və təbliği istiqamətində atılan addım eyni zamanda, müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqidir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı - müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu tarixi sənəd, Azərbaycan Respublikasının suverenliyinin və müstəqilliyinin hüquqi təminatını möhkəmləndirmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş bu mühüm sənəd, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının əsas təminatçısıdır. Müstəqil dövlətimizin ali hüquqi qüvvəyə malik sənədi xalqın iradəsini, dövlətin idarəçilik sistemini və cəmiyyətin əsas dəyərlərini özündə əks etdirir, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyən edir.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi:“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olan Konstitusiyanın qəbulu ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi ali sənəd xalqımızın müstəqil dövlət quruculuğu prosesini tənzimləyir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya Azərbaycan xalqının dövlətçilik iradəsinin azad seçiminin parlaq təzahürü, milli kimliyimizin, birliyimizin və gələcəyə inamımızın ifadəsidir.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

