Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Dövlət Bayrağı Meydanına ziyarət etdi
07.11.2025 [15:35]
Azərbaycanda hər il noyabrın 9-u qeyd edilən Dövlət Bayrağı Günü ilə əlaqədar cari ilin 7 noyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi, aparatı və yerli təşkilatın fəal üzvləri Dövlət Bayrağı Meydanını və orada yerləşən Bayraq Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlara Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyinin yaranma tarixi, məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyində milli dövlətçilik tariximizi əks etdirən dəyərli eksponatlar nümayiş olunur.
Ziyarət zamanı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirdi:
“Dövlət Bayrağı Azərbaycanın milli kimliyinin, suverenliyinin və azad ruhunun rəmzidir. Biz bu gün yalnız tarixi eksponatlarla tanış olmadıq, həm də dövlətçilik ideologiyamızın keçdiyi şərəfli yola bir daha nəzər saldıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər birimizin qəlbində yüksək qürur və məsuliyyət hissi yaradır. Dövlət Bayrağımızı uca tutmaq, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək bizim borcumuzdur.”
Gənclər və təşkilat üzvləri muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, XVII-XVIII əsrlərə aid bayraq ucları və gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul edilmiş konstitusiyaları, poçt markaları, pul nişanları, orden və medallar və Azərbaycan Respublikası Prezidentinin ştandartının nümunəsi ilə də tanış olublar.
Ekspozisiyada ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və möhkəmlənməsi istiqamətində gördüyü işləri əks etdirən foto və sənədlər də xüsusi yer tutur.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59

