Zəfərin səsi Qarabağdan gəlir
07.11.2025 [20:54]
8 Noyabr Azərbaycan xalqının ən qürurlu, ən yadda qalan günlərindən biridir. Bu tarix Vətən müharibəsində qazanılmış böyük qələbənin, illərlə həsrətində olduğumuz torpaqların azad edilməsinin simvoluna çevrilib. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı bir-bir azad etdi. 8 Noyabrda isə bu qəhrəmanlıq salnaməsinin zirvəsi – Şuşanın azad olunması xəbəri bütün xalqımızı sevincə boğdu. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı həm mənəvi, həm də siyasi baxımdan böyük bir Zəfər qazandı. Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının beşiyi, Qarabağın tacıdır. Bu müqəddəs şəhərin azad edilməsi Vətən müharibəsinin son və ən mühüm mərhələsi oldu. Məhz buna görə də 8 Noyabr tarixi Prezident İlham Əliyevin sərəncamı ilə “Zəfər Günü” elan edildi. Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun peşəkarlığının təntənəsidir. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, tarixi ədalətin bərpasıdır. Qəhrəman oğullarımızın qanı, xalqımızın səbir və inamı sayəsində üç onillikdən çox davam edən işğal tarixi sona çatdı. 8 Noyabr bizə bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını, öz azadlığını heç kimə güzəştə getməz. Bu gün azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri sürətlə aparılır, həyat yenidən canlanır, Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır. 8 Noyabr – Zəfər Günü bizim milli qürur günümüz, qəhrəmanlıq və birlik rəmzimizdir. Bu gün həm tariximizin şanlı səhifəsi, həm də gələcək nəsillərə Vətəni sevməyin, qorumağın, azadlıq uğrunda mübariz olmağın əbədi dərsidir. Azərbaycan xalqı bu qələbəni heç vaxt unutmayacaq və hər il 8 Noyabrda Zəfər Gününü böyük sevinc, iftixar və minnətdarlıqla qeyd edəcək.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

