Zəfərin səsi Qarabağdan ucalır
07.11.2025 [23:30]
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Böyük sevinc və qürur hissi ilə hər günü bir əsrə bərabər olan İkinci Qarabağ müharibəsinin 5-ci ildönümünü – 8 Noyabr - Zəfər Gününü təntənəli şəkildə qeyd edirik.
Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında bütün dünyaya öz gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq möhtəşəm qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və xalqımızın həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri olan Şuşa mənfur düşmən tapdağından qurtuldu. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlardan oldu.
Müharibə zamanı hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Qəhrəman əsgər və zabitlərimiz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət Zəfər çalsın.
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına qazanılıb. Bu möhtəşəm Qələbə, eyni zamanda, xalq-iqtidar birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi-iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Bu gün isə Qarabağın yaraları sağalır, bu yerlərə yeni həyat qayıdır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə quruculuq işləri surətlə davam etdirilir.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Nəticə olaraq, Zəfər Gününün mahiyyəti Azərbaycanın dövlət müstəqilliyinin, milli birliyinin və ərazi bütövlüyünün bərpasında önəmli bir mərhələni ifadə edir. Bu gün, xalqın tarixi yaddaşında Qələbənin, ədalətin və milli ruhun əbədi yaşadılacağı bir simvol kimi əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

