Bu şanlı tarix bizimlə əbədi olacaq
04.11.2025 [19:07]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
8 Noyabr – Zəfər Günü mənim üçün sadəcə bir tarix, bir bayram deyil, bu torpağın ruhuna, qanına, yaddaşına yazılmış müqəddəs and yeridir. Mən bir Qarabağ qazisi kimi bu Qələbənin dəyərini hər kəsdən daha dərindən anlayıram, çünki bu Qələbənin hər anı, hər nəfəsi mənim üçün döyüş meydanının tozu, şəhid yoldaşlarımın baxışları, səngərdəki səssiz dualar deməkdir. O günlərdə biz təkcə torpaq uğrunda deyil, Vətənin ləyaqəti, millətin namusu, xalqın gələcəyi uğrunda vuruşurduq. Hər addımda, hər atəşdə bir inam var idi – biz haqq yolundaydıq, çünki bu torpaq bizim idi. Prezident İlham Əliyevin “Biz bu Qələbəni birliklə qazandıq” sözləri bu mübarizənin mahiyyətini tam ifadə edir. Biz döyüş meydanında silahla, xalqımız isə dualarla, əməyilə, sədaqəti ilə bizim yanımızda idi. Ordumuzun gücü təkcə texnikada deyil, Vətənə olan sevgidə idi. Hər bir əsgərin ürəyində bir Şuşa həsrəti, bir Laçın arzusu, bir Ağdam nisgili vardı. Biz o arzuları gerçəkləşdirdik, çünki xalqla dövlət, ordu ilə Prezident bir amal uğrunda birləşmişdi.
Bu Qələbə Azərbaycan xalqının yüzillik həsrətinə son qoydu, 30 illik işğalın yaralarını sağaltdı. Biz illərlə baxıb həsrətlə xatırladığımız o torpaqlara yenidən qayıtdıq, azad edilmiş şəhərlərimizdə üçrəngli bayrağımız yenidən dalğalandı. Mən bu gün Qarabağ torpaqlarına baxanda, orada şəhid yoldaşlarımın ruhunu, xalqımızın əzmini, dövlətimizin qüdrətini görürəm. Hər qarış torpaqda bir qəhrəmanın izi, bir igidin nəfəsi var. Biz bu torpaqları yalnız azad etmədik, həm də onu gələcəyə əmanət etdik. Zəfər Günü bizə təkcə sevinc yox, həm də məsuliyyət gətirir – bu Qələbəni qorumaq, onun mənəvi dəyərini gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Hər bir azərbaycanlı bu torpağın azadlığı uğrunda döyüşən şəhidin ruhuna borcludur. Onlar Vətən uğrunda can verdilər, biz isə onların ruhunu yaşatmaqla, azadlığı qorumaqla müqəddəs bir vəzifəni yerinə yetirməliyik.
8 Noyabr – xalqımızın ləyaqətinin, dövlətimizin qüdrətinin, Ali Baş Komandanın dəmir iradəsinin və Azərbaycan əsgərinin igidliyinin təntənəsidir. Bu gün azad Şuşada səslənən musiqi, azan səsi, uşaqların gülüşü, dalğalanan bayraq – hamısı bu Qələbənin canlı simvollarıdır. Mən fəxr edirəm ki, bu tarixdə payım var, bu Qələbənin bir parçasıyam. Qazilik mənim üçün həm qürur, həm də borcdur – çünki mənim və yoldaşlarımın qazandığı Qələbə xalqımızın gələcəyi üçün bir təməl, bir inam mənbəyidir. Biz bu torpaqlarda şəhidlərimizin ruhuna səcdə edərək, Vətənə sədaqət andı içmişik. Qoy bu Zəfər əbədi olsun, qoy bir daha bu torpaq işğal kəlməsini eşitməsin.
8 Noyabr mənim üçün həyatımın ən uca zirvəsidir – həm döyüş meydanında qazandığım şərəf, həm də xalqımın taleyinə yazılan əbədi Qələbədir. Allah bütün Şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, mərd və igid döyüşçülərimizi qorusun.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

