Tarixi Zəfərin yaratdığı yeni reallıqlar regiona sülh və sabitlik vəd edir
04.11.2025 [11:58]
“5 il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu elə bir uğur əldə etdi ki, nəinki Cənubi Qafqazda, ümumən regionda yeni reallıqların və əməkdaşlıq mühitinin formalaşmasına təkan verdi”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov deyib. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatlarına cavab olaraq Milli Ordumuz doğma torpaqlarımızın düşməndən azad olunması naminə genişmiqyaslı hərbi əməliyyata başladı və 8 noyabr 2020-ci il tarixində xalqın həsrətlə gözlədiyi bir bəyanat səsləndirildi: “Ölkəmizin milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciət etdi. Bildirdi ki, 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”.
Z.Hüseynov onu da vurğulayıb ki, Tarixi Zəfəri tamamlayan mühüm hadisə 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması oldu: “Azərbaycan Respublikası bununla özünün bütün ərazisində suveren hüquqlarını təmin etdi. Son 200 ildə ilk dəfə öz torpaqlarını böyük imperiyaların caynaqlarından xilas edərək parlaq uğur qazanan Müzəffər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin liderliyilə rəşadətli Milli Ordumuz çağdaş dünya tarixinə əbədi iz qoyan Zəfər tarixi yazdı. Bu, milli qeyrət və şərəf savaşı idi. Azərbaycan igid, qeyrətli əsgər və zabitləri bu ölüm-dirim, şərəf davasından qalib çıxdılar”.
“Noyabrın 8-də 5 illiyini qeyd edəcəyimiz Tarixi Qələbə Azərbaycan xalqının və Ordusunun birliyini, əzmini göstərdi. Xalqın Orduya göstərdiyi dəstək hər bir vətəndaşın bu müharibədə özünü iştirakçı kimi hiss etməsinə səbəb oldu”, – deyə bildirən Z.Hüseynovun sözlərinə görə, Azərbaycan xalqının vətənpərvərlik ruhu müharibə dövründə daha da gücləndi, xalqın milli kimliyə olan bağlılığı və torpaqların azad edilməsi uğrunda göstərdiyi qətiyyət ordunun mübarizəsinə böyük dəstək olaraq, Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin vahid məqsəd uğrunda necə birləşə bildiyini nümayiş etdirdi.
Z.Hüseynov onu da xatırladıb ki, Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi böyük coşqu ilə qeyd edilir.
“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi strategiya, müasir döyüş texnikası və taktikası ilə apardığı döyüş əməliyyatları, qısa müddətdə Qələbə qazanması yeni kimi bir çox ölkənin hərbi araşdırma mərkəzlərində təhlil olunur”, – deyən YAP Göygöl təşkilatının sədr müavini bildirib ki, Azərbaycan iqtisadi sabitliyi və resursların düzgün yönləndirilməsini təmin edərək müharibə aparmaq üçün vacib olan dəstəyi əldə etmiş, 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq arenada aktiv diplomatik fəaliyyəti müharibənin gedişində və nəticəsində böyük rol oynamışdır.
Zamir Hüseynov sonda bəyan edib ki, indi dünyanın müxtəlif regionlarında iqtisadi çətinliklər, böhranlar olsa da, Azərbaycan dövləti iqtisadiyyatı dayanıqlı olduğu üçün ölkə azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirir: “44 günlük Vətən müharibəsinin nəticəsini, eyni zamanda regionda uzunmüddətli geosiyasi, iqtisadi və regional təsirlər yaradan strateji nailiyyət hesab etmək olar. Çünki həmin Tarixi Zəfərlə Cənubi Qafqazda təhlükəsizlik, sülh və sabitliyin əsası qoyuldu, torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Respublikası yeni iqtisadi və nəqliyyat layihələri həyata keçirmək imkanı qazandı. 8 Noyabr - Zəfər Günü Azərbaycanın siyasi rəhbərliyi, xalq və ordu birliyinin, qətiyyətinin və vətənpərvərlik ruhunun rəmzidir. Azərbaycan bu Qələbəsi ilə tarixi ədaləti bərpa etdi, eyni zamanda Tarixi Zəfərin yaratdığı yeni reallıqlar regiona sülh və sabitlik vəd edir”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

