Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəhidlərin ildönümlərində xatirələri anılıb

Şəhidlərin ildönümlərində xatirələri anılıb

03.11.2025 [19:37]

03 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Rusif Asim oğlunun və Yolçuyev Azad Nizami oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xətai və Kolayır kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Kolayır kəndində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31