/ / İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb
07.10.2013 [09:43]
Bunu bəyan edən Bərdə seçiciləri 9 oktyabrda YAP-ın namizədinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş rayonun Dəymədağlı və Mirzəxan kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. “Cənab İlham Əliyev hər bir azərbaycanlı üçün qurucu lider və vətənpərvərlik nümunəsidir” deyən, rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə qazanacağına əminliyini ifadə edib: “Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Seçicilər qarşısında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev bildirib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz cənab İlham Əliyev olacaq. Çünki dövlət başçısının təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Professor bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq siyasəti nəticəsində Azərbaycanın bütün bölgələri, o cümlədən, Bərdə rayonu keyfiyyətcə yeni inkişaf mərhələsini yaşamaqdadır: “Məhz bütün bunlara görə də Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Əminəm ki, Bərdə seçiciləri 9 oktyabrda müasir Azərbaycanın qüdrətli liderinə-cənab İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, Qadınlar Şurasının sədri Rahilə Babayeva, həmçinin, kənd sakinləri ötən 10 ildə ölkəmizdə əldə edilən uğurlardan Bərdə rayonuna da pay düşdüyünü deyiblər: “Bütün bunlara görə, 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəyik”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

