Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir
23.10.2025 [14:50]
Azərbaycan və Qazaxıstan əlaqələri hər zaman yüksək səviyyədə olub. Çünki xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Ölkələrimiz arasında siyasi təmasların davamlı olaraq inkişaf etdirilməsi bu əlaəqləri daha da möhkəmləndirir. Azərbaycan-Qazaxıstan əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Prezidentin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regiondakı geosiyasi proseslərə dair ortaq mövqelərin formalaşdırılması hədəflənib.
İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil də mövcuddur. Bu, ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Ən önəmli nüans ondan ibarətdir ki, iki dost ölkənin liderlərinin – Kasım-Jomart Tokayev və İlham Əliyevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu il qarşılıqlı ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb.
Qardaşlıq əlaqələrinin ən gözəl təcəssümü kimi Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib.
İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Bu səfər sənaye kooperasiyasının inkişafına, birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Qazaxıstan ictimaiyyəti bu səfəri səmimiyyətlə qarşılayır. Əminik ki, birgə inkişaf və ortaq gələcək üçün ölkələrimizin böyük potensialı mövcuddur.
Hər iki ölkənin liderləri mətbuata verdikləri birgə bəyanatlarda bildiriblər ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və, təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Prezident Kasım-Jomart Tokayev də Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir: “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq, onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlər məhz qardaşlıq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

