Azərbaycanın Qazaxıstanla sıx əməkdaşlığı Türk birliyini daha da gücləndirir
23.10.2025 [15:09]
Məlumdur ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Ölkəmizin xarici siyasətində müstəsna yerə malikdir. Ölkəmizin bütün regionun siyasi və iqtisadi xəritəsini dəyişməsi ilə bu münasibətlər tamamilə yeni, fərqli və daha yaxın bir sima alıb. Mərkəzi Asiya ölkələri ilə münasibətlər kontekstində Azərbacan-Qazaxıstan münasibətləri tamamilə fərqlənir. Qeyd edək ki, resurs potensialına, coğrafi mövqeyinə, əhali sayına və xarici siyasətdə atılan addımlara görə Qazaxıstan və Azərbaycanın öz regionlarının daha təşəbbüskar, fərqlənən aktorlar olduğunu demək olar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev siyasi arenada öz fikirləri olan liderlərdir. Bunu biz həm ikitərəfli görüşlər, həm də beynəlxalq platformalarda təmaslar zamanı görürük.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu səfər çərçivəsində də Azərbaycan liderinə göstərilən yüksək etimad və diqqətin şahidi olduq. Ölkə başçısını qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev şəxsən Astana şəhərinin Beynəlxalq Aeroportunda qarşılaması, onun şərəfinə verilən ziyafət və şəxsi ünsiyyət zamanı göstərilən diqqət bunun bariz nümunəsi idi. Qazaxıstan rəhbərinin Azərbaycan prezidenti haqda “O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Prezident İlham Əliyev tarixi missiyanı yerinə yetirib” fikirləri həm də qlobal miqyasda dövlət başçımızın siyasi portetinin ifadəsi idi.
Xüsusilə qeyd edək ki, keçirilən görüşlər və aparılan qarşılıqlı müzakirələr də onu deməyə əsas verir ki, bu gün Azərbaycan və Qazaxıstan etibarlı tərəfdaş və 2 qardaş ölkə olaraq həm bir-birinə güvənir, həm də bütün sahələrdə əməkdaşlığın genişlənməsini hədəfləyir. Ölkələr arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib. Bu isə ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir. Prezident İlham Əliyevin Qazaxıstana ikigünlük səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdi. Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Bütün bunlardan çıxış edən Azərbaycan Prezidenti də haqlı olaraq qeyd edib ki, Qazaxıstan hər zaman bizim yanımızda olub, haqq səsimizə səs verib, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edib. Bəli, həqiqətən də belədir. Qazaxıstan Azərbaycana daim mənəvi və siyasi dəstək verib. Astana dostluğa və qardaşlığa sadiq olduğunu çoxdan sübut etmiş, on illərin sınağından çıxmış, güvəniləcək ölkədir. Bu gün Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin dövlət ambisiyaları baxımından yeni dünya düzəninə uyğun praqmatik baxış ortaya qoyub. Məhz bu yanaşma Türk Dövlətləri Təşkilatının güclənməsində mühüm rol oynayıb. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri ilə regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək, konkret sahələr üzrə model qurub bunu təsisat çərçivəsində bölüşməlidir. Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb.
Ən əsası, Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq.
Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

