Xızıda qadın seçicilərlə görüş keçirilib
05.10.2013 [11:32]
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş xızılı qadın seçicilərlə keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, ötən 10 il ərzində cənab İlham Əliyev yüksək idarəçilik bacarığı sayəsində alternativsiz lider olduğunu bir daha təsdiq edib: “Sosioloji sorğuların nəticələrinə görə, 9 oktyabr seçkilərində əhalinin 80 faizindən çoxu cənab İlham Əliyevi dəstəkləyəcək. Ona görə ki, cənab İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olmuşdur. Ona görə də, Azərbaycan xalqı cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir, ölkənin seçdiyi yolun dəyişməyəcəyinə inamlarını bildirirlər. Respublika əhalisi hakimiyyətdən, Onun həyata keçirdiyi siyasətdən razıdır. Azərbaycanın son 10 ildəki hərtərəfli inkişafı və bu sahədə cənab İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti möhtərəm Prezidentimizin qələbəsini təmin edəcəkdir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə çoxşaxəli inkişafa və uğurlara nail olunub: “Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi liderlərindən biridir. Biz bir xalq, millət olaraq Onunla fəxr edirik və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiləcək. Cənab İlham Əliyevin dövlət başçısı kimi apardığı uğurlu xarici siyasətdə də siyasi tolerantlıq mədəniyyətinin izlərini aydın görmək olar. Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə səslənən xoş sözlər cənab İlham Əliyevin son 10 ildə sosial-iqtisadi, mədəni, diplomatik, humanitar sahədə qazandığı uğurların insanlar tərəfindən bəyənilib, təsdiq edilməsinin ən təsirli ifadəsidir. İntibah dövrü kimi tarixə yazılan son 10 ildə Azərbaycanın sosial-iqtisadi, siyasi-ictimai həyatında qazanılan uğurlarda xanımlarımızın, qadınların çox böyük və gərgin əməyi olub. Çoxsaylı Dövlət proqramlarının həyata keçirilməsi ilə iqtisadiyyatı güclənən, sosial məsələlərin həlli üçün möhkəm təməl yaradan, ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılmasını dövlət siyasətinin əsas prioriteti kimi daim diqqətdə saxlayan Prezident İlham Əliyev demokratiyanı inkişaf etdirməklə, sağlam vətəndaş cəmiyyətini möhkəmləndirməklə çox mühüm vəzifələri yerinə yetirdi. Bu gün biz Onun siyasətini, uğurlarını görürük və hər bir Azərbaycan vətəndaşını xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırırıq”.
Tədbirdə çıxış edən digər iştirakçılar da ötən dövrlər ərzində ölkədə baş verən quruculuq, abadlıq işlərindən danışıblar və bütün seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06

