Qardaşlıqdan Strateji Gücə
22.10.2025 [12:11]
18 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” xəbər agentliyinə verdiyi müsahibə, iki qardaş ölkə arasında qurulan münasibətlərin yalnız diplomatik protokol çərçivəsində qalmadığını, əksinə dərin tarixi, mədəni və strateji əsaslar üzərində inkişaf etdiyini bir daha təsdiqlədi. Bu söhbət, sadəcə siyasi bir ifadə deyildi, Azərbaycan və Qazaxıstan arasında qurulan qarşılıqlı etibar, ümumi hədəflər və gələcək vizyonunun canlı xronikasıdır.
Azərbaycan və Qazaxıstan arasında münasibətlər, son onilliklərdə yalnız diplomatik əlaqələrlə məhdudlaşmayıb. Prezident Əliyev bu əlaqələrin tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni irs üzərində qurulduğunu vurğulayır. Bu dərin bağlar, iki ölkənin siyasi səviyyədə yalnız yaxın deyil, strateji müttəfiq olmasını təmin edib.
Ən yüksək səviyyədə fəal dialoq, dövlət başçılarının bir-birinə qarşı göstərdiyi dəstək və qarşılıqlı səfərlər, bu tərəfdaşlığın hər sahədə kök salmasına kömək edib. Nəticədə, iki ölkə artıq ümumi hədəflərə doğru irəliləyən bir komandadır.
Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəri və Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi, iki ölkə arasında qarşılıqlı marağın və etibarın nə qədər yüksək olduğunu göstərir. Bu səfərlər sadəcə protokol deyil onlar konkret layihələrin, investisiyaların və mədəni təşəbbüslərin doğulduğu platformalardır.
Xüsusilə, Ali Dövlətlərarası Şuranın yaradılması bu əməkdaşlığın institusional xarakter aldığının əlamətidir. İlk iclası 2024-cü ildə Bakıda keçirilən bu mexanizm, iki ölkənin strateji prioritetlərini əlaqələndirmək üçün nəzərdə tutulub. Gələcəkdə Astanada keçiriləcək ikinci iclas isə bu əməkdaşlığı yeni bir səviyyəyə qaldıracaq.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər heyrətamizdir. 2024-cü ildə iki ölkə arasında ticarət həcmi 470 milyon dollar təşkil edərkən, 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm 547 milyon dollara çatıb. Bu artım, xüsusilə Orta Dəhliz marşrutunun səmərəli işləməsi və nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə əlaqədardır. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycana 136 milyon dollar investisiya qoyub. Bu rəqəmlər uzunmüddətli inam və tərəfdaşlıq niyyətinin göstəricisidir.
Neft-qaz sektorunda isə SOCAR və “KazMunayQaz” arasında “Aktau-Ceyhan” marşrutu üzrə illik 1,5 milyon ton neft tranziti üzrə razılaşma əldə edilib. Bu, Orta Dəhlizin Avropa ilə Asiya arasında strateji tranzit koridoru kimi mövqeyini möhkəmləndirir.
Bundan əlavə, yaşıl energetika sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış razılaşmalar, regionun davamlı inkişaf və ekoloji təmiz texnologiyalara keçid yolunda addımlar atdığını göstərir. Azərbaycan və Qazaxıstan arasında yalnız məhsullar deyil, informasiya da sərbəst axın edir. 2025-ci ilin mart ayında Bakıda imzalanmış Xəzər dənizi altından keçən fiber-optik xətt layihəsi, bu sahədə ən mühüm addımlardan biridir. Layihənin 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır və bu, iki ölkənin rəqəmsal inteqrasiyasını yeni səviyyəyə qaldıracaq.
Eyni zamanda, tranzit daşımaları 2024-cü ildə 3,5 milyon tonu keçib. Bu, Orta Dəhlizin yalnız regional deyil, qlobal loqistik şəbəkədə də əhəmiyyətli rol oynadığını təsdiqləyir.
Ən möhkəm siyasi razılaşmalar belə, xalqlar arasında qurulan mənəvi bağlar olmadan davamlı ola bilməz. Prezident Əliyev, Füzuli şəhərində Qazaxıstan tərəfindən tikdirilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xüsusi qeyd edir. Bu mərkəz artıq 100-dən çox uşağa incəsənət təhsili verən mədəni bir ocaq halına gəlib. 2023-cü ildə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Qazax yazıçısı Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda keçirilən beynəlxalq konfrans da bu əlaqələrin ədəbi və elm sahəsində də möhkəmləndiyini göstərir.
2009-cu ildə Naxçıvanda yaradılan TDT, son illərdə Şuşa və Qəbələdə keçirilən zirvə görüşləri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığı daha da dərinləşdirib. Gələn il isə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi TDT çərçivəsində təntənəli şəkildə qeyd olunacaq. Bu yubiley türk elminin, mədəniyyətinin və birliyinin yenidən canlanmasıdır.
Prezident Əliyev, müsahibədə Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsini ciddi ekoloji və iqtisadi təhlükə kimi qiymətləndirir. Bu problem yalnız iqlim dəyişikliyi ilə izah oluna bilməz onun həlli üçün bütün Xəzəryanı ölkələrin əlaqələndirilmiş fəaliyyəti tələb olunur. Prezident Əliyevin bu mövqeyi, ekoloji məsələlərin artıq milli sərhədlərlə məhdudlaşmadığını, onların beynəlxalq əməkdaşlıq tələb etdiyini göstərir.
Azərbaycan və Qazaxıstan arasında qurulan münasibətlər, sadəcə iki ölkənin əməkdaşlığı deyil, türk dünyasının birliyinin, regional sabitliyin və qlobal arenada birgə gücün nümunəsidir. Prezident İlham Əliyevin bu müsahibəsi, bu əlaqələrin yalnız mövcud nailiyyətlərlə məhdudlaşmadığını, əksinə gələcək üçün daha böyük planlar daşıdığını göstərir.
İki qardaş ölkənin iradəsi, səyləri və qarşılıqlı dəstəyi, regionun inkişafına, türk mədəniyyətinin qlobal arenada möhkəmlənməsinə və dünya sülhü üçün davamlı töhfə verməyə davam edəcək.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

