Zəngilanın bərpası stiqamətində məqsədyönlü addımlar atılır
20.10.2025 [21:09]
Ermənilərin Füzuli və Cəbrayılı işğal edəndən sonra növbəti hədəfi Zəngilan rayonu oldu. Zəngilanlılar 67 gün davam edən mühasirədən sonra doğma yurdlarını tərk etməyə məcbur qaldılar. Nəticədə düşmən məqsədinə çatdı və Zəngilan işğal olundu. Bu faciə yalnız bir rayonun deyil, bütün Azərbaycan xalqının tarix yaddaşına yazılan ağır bir sınaq kimi yadda qaldı. İşğal illərində Zəngilan məqsədli şəkildə dağıdıldı, yüzilliklər boyu burada mövcud olan mədəni və tarixi irsimiz məhv edildi. Qədim abidələr yerlə-yeksan edildi, kəndlər yandırıldı, qəbiristanlıqlar və məscidlər viran qoyuldu. Bu vandalizm aktları Azərbaycan xalqının milli kimliyinə qarşı yönəlmiş düşmən siyasətinin tərkib hissəsi idi. İşğal dövründə ermənilərin törətdikləri barbarlıq xalqımıza qarşı dərin nifrətin və tarixi düşmənçiliyin bariz göstəricisinə çevrildi. Bu, sadəcə torpaq ələ keçirmək deyil, həm də xalqımızın tarixini, mədəniyyətini və yaddaşını silmək məqsədi daşıyan sistemli bir siyasət idi. Zəngilanı məhv etməklə düşmən qədim yurd yerlərimizin tarixini saxtalaşdırmaq və mənsubiyyətini dəyişdirmək niyyətini açıq şəkildə ortaya qoymuşdu.İşğal zamanı Zəngilan ərazisində salınan istehkamlar və hərbi bazalar düşmənin bu torpaqlardan çəkilmək istəmədiyini bir daha sübut edirdi. Onların “sülh” adlandırdıqları siyasət isə əslində yeni təxribatlar və bölgədə gərginlik yaratmaq məqsədi daşıyırdı. Əgər səmimi niyyət olsaydı, cəbhə xətti boyunca atəşkəsin pozulması hallarına, yeni qarşıdurmalara yol verilməzdi. Düşmənin bu addımları bölgədə sabitliyi pozmaq və status-kvonu öz maraqları istiqamətində dəyişmək niyyətindən xəbər verirdi. Azərbaycanın sülh çağırışlarına baxmayaraq, qarşı tərəf təxribatlarını davam etdirdi. Bunun nəticəsində Tovuz istiqamətində və sərhəd boyunca hərbi hücumlara cəhd göstərildi.Belə şəraitdə Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli addımlar atdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu düşmənə ağır zərbə endirərək tarixi Qələbə qazandı. Ermənistan ordusu məğlub oldu, torpaqlarımız işğaldan azad edildi. Bu qələbənin əsasını Azərbaycan Ordusunun peşəkarlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi təşkil etdi. Ordumuzun ardıcıl uğurları nəticəsində Zəngilan rayonu da azad olundu. Bu əməliyyat həm hərbi, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Zəngilanın azad edilməsi ilə Azərbaycan–İran sərhədi boyunca tam nəzarət bərpa olundu və 132 kilometrlik sərhəd xətti üzərində suverenlik təmin edildi. Bu hadisə ölkəmizin geosiyasi və strateji mövqeyini xeyli möhkəmləndirdi. Qələbədən sonra cənab Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi təsis edildi. Bu tarix bu gün azadlıq, qayıdış və milli qürur rəmzi kimi qeyd olunur. Bu gün azad Zəngilan sürətlə bərpa olunur. Ağalı kəndində müasir tələblərə cavab verən evlər, məktəb, bağça, tibb məntəqəsi və rəqəmsal xidmət mərkəzləri fəaliyyət göstərir. Artıq 175 ailə doğma yurduna qayıdıb, iş yerləri ilə təmin olunub. Kənddə yaşıl enerji prinsiplərinə əsaslanan infrastruktur yaradılıb – su elektrik stansiyası, günəş panelləri və ekoloji texnologiyalar tətbiq edilir. Yüksək sürətli internet və müasir təhlükəsizlik sistemləri ilə təminat qurulub.Zəngilan şəhərinin inkişaf planı təsdiqlənib, burada hava limanı, dəmir yolu və avtomobil yolları inşa edilir. Bu layihələr bölgəni mühüm nəqliyyat və iqtisadi mərkəzə çevirir. XIX əsrə aid Zəngilan məscidi bərpa olunub, yeni ibadət kompleksi inşa edilib. Azərbaycan dövləti Zəngilanın bərpası və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün azad Zəngilan yenidən dirçəlir, müasir, yaşıl və innovativ bir şəhərə çevrilir. Zəngilanın azad edilməsi Zəfər tariximizin parlaq səhifəsi olduğu kimi, bu gün rayonda həyata keçirilən quruculuq işləri də dövlətimizin iqtisadi və siyasi qüdrətinin göstəricisidir. Dövlətin dəstəyi və xalqın həmrəyliyi sayəsində zəngilanlılar doğma torpaqlarına qürur və inamla qayıdırlar.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49

