Azad Zəngilanda yenidən azan səslənir, yenidən həyat qaynayır
20.10.2025 [18:31]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
20 oktyabr — Zəngilan şəhərinin işğaldan azad olunduğu tarixi gündür. Bu gün biz həm qürur, həm də ağrı dolu xatirələrlə Zəngilanın tarixini xatırlayırıq. Qürurumuz ondadır ki, 2020-ci ilin bu günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Zəngilanı işğaldan azad edərək dövlətimizin suverenliyini bərpa etdi. Ağrımız isə ondadır ki, Zəngilan azad olunarkən onun daşına, torpağına, mədəni irsinə, abidələrinə, məscidlərinə, qəbiristanlıqlarına qədər düşmən tərəfindən dağıdılmışdı. Zəngilan qədim tarixə, zəngin mədəniyyətə malik bir bölgədir. Tarixi mənbələrə görə bu diyar Qafqaz Albaniyasının mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biri olub. Lakin XX əsrin sonlarında Ermənistanın işğalçı siyasəti nəticəsində bu qədim diyar tamamilə viran qoyuldu. Erməni işğalçıları Zəngilan rayonunda yüzlərlə tarixi və memarlıq abidəsini yerlə-yeksan etdilər. Tarix və Mədəniyyət Nazirliyinin məlumatlarına görə, Zəngilan ərazisində 300-dən artıq tarixi-memarlıq abidəsi, 40-a yaxın arxeoloji obyekt, onlarla qəbiristanlıq və orta əsr körpüləri ya dağıdıldı, ya da təhqir olundu. Xüsusilə XIV əsrə aid Hacılı, Məmər, Şərifan və Bartaz kəndlərindəki məscidlər, Zəngilan şəhər məscidi, Minarəli məscid, Şaylı türbəsi, Qaragöl ətrafındakı qədim qəbir daşları vandalizmə məruz qaldı. Daş kitabələr sındırıldı, divar yazıları silindi, minarələr uçuruldu. Ermənilər təkcə daşları deyil, tariximizi, kimliyimizi silməyə çalışırdılar. Onlar azərbaycanlılara məxsus qəbiristanlıqlarda məzar daşlarını dağıdır, orada heyvan saxlayırdılar. Zəngilan məscidi uzun illər mal-qara tövləsi kimi istifadə olunmuşdu. Bu, təkcə vandallıq deyil, bəşəriyyətə, dinə, mədəniyyətə qarşı cinayətdir. Zəngilan rayonunda yerləşən qədim məscidlər Azərbaycan İslam memarlığının nadir nümunələri idi. Onların memarlıq quruluşu, naxış və ornamentləri Qafqazın ən qədim İslam abidələri ilə səsləşirdi. Lakin bu abidələr də işğal illərində mənəvi terrora məruz qaldı. Məscidlər yandırıldı, içərisində heyvanlar saxlanıldı, minbərləri söküldü.
Bu, yalnız maddi deyil, mənəvi zərbə idi. Çünki bu abidələr xalqımızın inancını, mənəviyyatını, tarixi yaddaşını yaşadırdı. Lakin düşmən o yaddaşı silməyə çalışdı. Bu gün isə Zəngilan artıq yenidən dirçəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində dağıdılmış hər bir abidə, hər bir küçə, hər bir daş bərpa olunur. Dövlətimiz bu sahədə təkcə infrastruktur deyil, həm də tarixi və dini irsimizin bərpasını prioritet istiqamət kimi müəyyən edib.
Artıq Zəngilan şəhər məscidi yenidən tikilib, Şərifan və Hacılı kənd məscidləri restavrasiya olunur. Hər bir bərpa addımı həm tarixə hörmətin, həm də gələcəyə inamın təzahürüdür. Zəngilanın bu gün açılan yeni səhifəsi həm də Azərbaycanın milli-mənəvi dirçəlişinin rəmzidir. Zəngilanın tarixi-dini abidələri bu xalqın yaddaşıdır. O yaddaş ki, onu dağıtmaq mümkün deyil. Erməni vandalizmi yüzillik mədəni irsimizi viran etsə də, Azərbaycan dövləti və xalqı bu abidələri yenidən dirçəltməklə tarixə, kökə, mədəniyyətə sahib çıxır.
Bu gün azad Zəngilanda yenidən azan səslənir, yenidən həyat qaynayır. Bu səslər, bu dirçəliş Zəngilanın, bütövlükdə Qarabağın əbədi azadlığının simvoludur.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

