Zəngilan rayonunun böyük iqtisadi potensialı var
20.10.2025 [16:56]
Zəngilan rayonu zəngin təbii sərvətləri və unikal coğrafiyası ilə fərqlənir. Ərazidə çöküntü süxurları, vulkanik materiallar və müxtəlif minerallar mövcuddur. Rayon iqtisadiyyatı üçün əhəmiyyətli olan tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı və susuzlaşdırılmış soda üçün əhəng daşı yataqları burada yerləşir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi dörd böyük çayın axdığı Zəngilanın iqtisadi potensialı yüksəkdir.
Tarixi və mədəni irs baxımından zəngin olan Zəngilanın bir sıra abidəsi, təəssüf ki, işğal dövründə dağıntı və təhqirlərə məruz qalıb. Ermənilər milli-mənəvi dəyərlərimizi erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilmədikdə abidələri məhv ediblər. Qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, xüsusilə tarixi-mədəni-dini abidələrimizin qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rolu danılmazdır. Hazırda Zəngilan məscidinin bərpası da bilavasitə Fond tərəfindən icra olunur.
Əvvəllər respublikanın dağətəyi ərazisində yerləşən rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatı yönümlü olub. Burada 29 kolxoz-sovxoz, arıçılıq təsərrüfatı və bir sıra kooperativlər fəaliyyət göstərib. Həmçinin, 21 dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı ərazinin nəqliyyat əhəmiyyətini göstərirdi.
Hazırda Zəngilan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ağalı "Ağıllı Kənd" layihəsi dünyanın ən müasir kəndlərindən biri kimi bu inkişafın nümunəsidir. Zəngilan böyük günəş enerjisi potensialına malikdir və Qarabağın "yaşıl enerji" zonasına çevrilməsində xüsusi rol oynayır.
Rayonun əsas strateji əhəmiyyəti onun mühüm nəqliyyat qovşağı olması ilə bağlıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu tikintisi əlaqəni gücləndirir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafına mühüm təsir göstərir. Yalnız 40 kilometr məsafədə olan Zəngəzur dəhlizi isə Naxçıvan Muxtar Respublikasını blokadadan çıxarmaqla yanaşı, xalqımızın tarixi Zəngəzura yenidən qayıdışını təmin edəcək, yeni iqtisadi və beynəlxalq əməkdaşlıq perspektivləri açacaq.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59

