Xəzər rayonunda Müstəqilliyin Bərpası Günü qeyd edilib
17.10.2025 [16:13]
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Başçının müavini Lalə Əhmədova, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonunun idarə, müəssisə rəhbərləri, müəllimlər və gənclər iştirak ediblər.
YAP Xəzər rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə ilk öncə qonaqlar Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə güllər düzüblər. Akt zalında davam edən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Tədbiri YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov açaraq bu tarixi gün haqqında məlumat vermişdir. O, bildirmişdir ki, 2021-ci il il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib və Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Bu məsələnin məhz Prezident tərəfindən qaldırılması daxilimizdə olan bəzi mənfur ünsürlərə verilən ən gözəl cavab idi. Özlərinin dağıdıcı missiyaları sayəsində ulu öndər Heydər Əliyevə qədər hakimiyyəti paylaşan bu qüvvələr 18 Oktyabrın bayram günü kimi qeyd olunmadığını iddia edirdilər. Qəbul olunmuş yeni qanunla artıq biz hər iki tarixi hadisəni bayram kimi qeyd edəcəyik – deyə N.Əhmədov vurğulayıb.
RİH başçısının I müavini Elşən Qurbanov çıxışında qeyd edib ki, 28 May - Respublika Gününün Müstəqillik, 18 Oktyabr - Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması tarixi zərurətdir. Bugünkü reallıqlar və əldə etdiyimiz rəşadətli Zəfər bu bayramların adlarının da doğru yazılmasını tələb edir. Vətən müharibəsində qalib gəlməklə biz ərazi bütövlüyümüzün və azad olunmuş ərazilərdə suverenliyimizin təmin olunması ilə yanaşı, müstəqillik tarixində ilk dəfə itirilmiş torpaqların geriyə alınmasına nail olduq.
Prezident İlham Əliyev, rəşadətli Ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tariximiz bizim qürur mənbəyimizdir. E.Qurbanov çıxışını Prezidentin də xüsusi vurğuladığı kimi, “Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdlarımızdan çıxara bilməz! sitatı ilə yekunlaşdırdı.
Tədbir iştirakçılarından çıxış edən Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, 156№li tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova bildirdilər ki, müstəqillik bir millətin qorumalı olduğu mənəvi xəzinədir. Bu bir kimlik, var olma, mövcudluq məsələsidir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “Müstəqilliyin əldə olunması çətindir, amma onu qorumaq daha da çətindir”. Uğrunda mübarizə aparacağın torpağın, yaşatmaq istədiyin xalqın olduğunda müstəqillik məfkurəsinə sahib olursan. Və bu müstəqilliyi qorumaq bir Azərbaycan vətandaşı kimi bizim ən ümdə borcumuzdur.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

