Azərbaycan xalqının qürur tarixi
16.10.2025 [12:17]
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.
İşğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən yerli və xarici qonaqlar erməni vəhşiliyinin təzahürlərini görürlər. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayonda bir dənə salamat kənd, bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Müzəffər Ali Baş Komandan daim bu xatırlatmanı edir: “ Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz”.
Bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Amma bu inam, ümid heç zaman insanları tərk etmədi. Xalqımız əmin idi ki, dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev keçmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində hər zaman bildirirdi ki, onlara yaradılan şərait müvəqqətidir. Tezliklə torpaqlarımızı azad edəcək, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara yenidən nəfəs verəcəkdir.
Hər bir vədini real həyatda təsdiqləyən cənab İlham Əliyev bu vədini də doğrultdu. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, neçə-neçə strateji yüksəkliyin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşümüz dünyaya səs saldı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd etdiyimiz kimi, artıq tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günlər yazılıb. 17 oktyabr yalnız füzulilərin deyil, bütün Azərbaycan xalqının qürur tarixidir. Soydaşlarımızın torpaq həsrətinə son qoyulduğu bu tarixdən Füzuli rayonu həyatının yeni mərhələsinə daxil oldu. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

