Əməkdaşlıq güclənməkdədir
14.10.2025 [12:36]
Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən dövlət başçısı İlham Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü xüsusi vurğuladı. Cənab İlham Əliyev çıxışında, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etdi. Bu münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
Azərbaycan üçün MDB məkanında fəal iştirak, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda mövqelərin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır: “Müstəqil Dövlətlər Birliyi uzun illərdir postsovet məkanında iqtisadi, siyasi və humanitar əməkdaşlığın ənənəvi mərkəzlərindən biri olub. Lakin son onilliklərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni güc mərkəzlərinin meydana çıxması və müxtəlif istiqamətli geosiyasi maraqlar MDB-nin struktur və səmərəliliyinə təsir göstərib. Bununla belə, Azərbaycanın bu platformadakı fəallığı ölkəmizin çox vektorlu xarici siyasət xəttinin mühüm tərkib hissəsi olaraq qalır. Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycan diplomatiyasının çoxşaxəli və balanslı siyasətinin nümayişi baxımından dəyərləndirilir.
MDB Dövlət Başçıları Şurasının iclasında regional əməkdaşlığın müxtəlif aspektləri üzrə mühüm qərarların qəbul edildi. İclasın əsas mövzuları arasında təhlükəsizlik və müdafiə konsepsiyasının yenilənməsi, antiterror əməkdaşlığı, kiber təhlükəsizlik, sərhəd nəzarəti, narkotiklərlə mübarizə və birgə hərbi-texniki proqramlar dayanır. Bundan başqa, iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, tranzit və logistika marşrutlarının koordinasiyası da gündəmdə oldu. Azərbaycanın bu istiqamətlərdə təcrübəsi və təşəbbüskarlığı MDB-nin gələcək inkişafında mühüm rol oynaya bilər. Azərbaycan tranzit və nəqliyyat layihələri sahəsində artıq regional liderə çevrilib. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr MDB məkanında ticarət və yük daşımalarının artması üçün böyük əhəmiyyət daşıyır.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

