Humanitar əməkdaşlığa və idman diplomatiyasına çağırış
13.10.2025 [23:36]
2025-ci il oktyabrın 13-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın təşkilata verdiyi önəmi və MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mövqeyini bölüşüb. Dövlət başçısı çıxışında xüsusilə humanitar və mədəni sahədə inteqrasiyanın artırılmasının vacibliyini vurğulayıb və MDB Oyunlarının bu kontekstdə rolunu ön plana çəkib.
Prezident İlham Əliyev ilk növbədə Tacikistana və Prezident Emoməli Rəhmonun şəxsində qardaş tacik xalqına yüksək səviyyədə təşkil olunmuş sammitə görə təşəkkür edib. Dövlət başçısı Tacikistanla Azərbaycan arasındakı münasibətləri “qardaşlıq və dostluğa əsaslanan səmimi tərəfdaşlıq” kimi səciyyələndirib və bu münasibətlərin regionda sabitlik və qarşılıqlı etimada mühüm töhfə verdiyini qeyd edib.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə də məlumat verib. Ölkə başçısı Laçın şəhərinin 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunmasının Azərbaycanın mədəni irsinin tanıdılması və beynəlxalq inteqrasiyasının gücləndirilməsi baxımından əlamətdar hadisə olduğunu bildirib. Laçının mədəniyyət paytaxtı statusu çərçivəsində bir sıra beynəlxalq tədbirlərin təşkil olunacağı gözlənilir ki, bu da Azərbaycanla MDB ölkələri arasında mədəni körpülərin qurulmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsini bu yaxınlarda Azərbaycanda uğurla keçirilmiş III MDB Oyunları təşkil edib. Oyunlar Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və azad olunmuş Xankəndi şəhərində baş tutub. Bu yarışlara MDB məkanından 1 600-dən artıq idmançı qatılıb və bu, yalnız idman yarışı deyil, həm də gənclər arasında dostluğun və birliyin təntənəsinə çevrilib.
Dövlətimizin başçısı qeyd edib ki, MDB Oyunları dövlətlər arasında münasibətləri möhkəmləndirməklə yanaşı, gənc nəslin sağlam ruhda yetişməsinə, onların bir-birini tanımasına və ortaq dəyərlər ətrafında birləşməsinə şərait yaradır. Xüsusilə, azad edilmiş ərazilərdə — Xankəndidə idman yarışlarının keçirilməsi həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq yönümlü mesajının idman vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasının nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında MDB məkanında humanitar əlaqələrin, təhsil, mədəniyyət, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, bu istiqamətdə görülən işləri alqışlayaraq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan MDB çərçivəsində həyata keçirilən ortaq təşəbbüslərə daim açıqdır və qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin dərinləşdirilməsində maraqlıdır.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB çərçivəsində sadəcə iqtisadi və siyasi deyil, eyni zamanda humanitar əməkdaşlığa da böyük önəm verir. MDB Oyunlarının uğurlu təşkili, Laçının mədəniyyət paytaxtı elan olunması və bu sahədə görülən digər tədbirlər Azərbaycanın bu istiqamətdə atdığı addımların davamlı və məqsədyönlü olduğunu sübut edir. Bu çıxış MDB daxilində yumşaq güc amilinin — mədəniyyət və idmanın — birləşdirici vasitə kimi necə effektiv şəkildə istifadə oluna biləcəyini nümayiş etdirdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

