Heydər Əliyev ideyaları işığında formalaşan Azərbaycan gəncliyi
08.05.2026 [21:23]
Azərbaycan gəncliyinin sağlam düşüncəli, yüksək intellektə və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşması dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki cəmiyyətin aparıcı qüvvəsi olan gənclər ölkənin inkişafının, tərəqqisinin və beynəlxalq inteqrasiyasının əsas hərəkətverici qüvvəsidir. Məhz buna görə də gənclərə göstərilən diqqət və qayğı əslində dövlətin öz gələcəyinə yönəlmiş strateji investisiyasıdır. Bu həqiqəti dərindən anlayan və gənclərin inkişafını daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada elm və təhsil sahəsində mühüm yeniliklər həyata keçirilmiş, çoxsaylı məktəblər, gənclər mərkəzləri və hərbi təhsil müəssisələri fəaliyyətə başlamışdır. Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına şərait yaradılmış, onların müasir və strateji əhəmiyyətli ixtisaslara yiyələnməsi təmin edilmişdir. Həmin illərdə Sovet İttifaqının 50-dən çox şəhərində yerləşən 170 ali məktəbdə 150 ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmışdır. Bu siyasət sonrakı dövrdə Azərbaycanın intellektual potensialının formalaşmasında mühüm rol oynamışdır.
Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda dövlət gənclər siyasəti daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməyə başlanmışdır. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi bu siyasətin mühüm mərhələlərindən biri olmuşdur. 1997-ci ildə isə Heydər Əliyevin imzaladığı sərəncama əsasən 2 fevral tarixi “Azərbaycan Gəncləri Günü” elan edilmiş və həmin tarixdən etibarən ölkəmizdə hər il xüsusi təntənə ilə qeyd olunmağa başlanmışdır.
Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələdə daha da zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin təhsilinin, dünyagörüşünün və vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirilir, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün geniş imkanlar yaradılır. Azərbaycan gəncliyi bu diqqət və qayğının nəticəsi olaraq dövlətə və milli dəyərlərə sadiq, yüksək bilik və bacarıqlara malik bir qüvvə kimi formalaşmışdır.
2020-ci ildə əldə olunan şanlı Zəfər də Azərbaycan gəncliyinin vətənpərvərliyinin, milli ruhunun və dövlətə bağlılığının bariz nümunəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəman Azərbaycan gəncləri böyük şücaət göstərərək torpaqlarımızı düşməndən xilas etdilər və adlarını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdırdılar. Bu Zəfər bir daha sübut etdi ki, Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti ölkəmizin gələcəyinin formalaşmasında və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
Kənan Qubadzadə,
Gənclər Mərkəzi İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59

