Parlamentin növbəti uğuru...
09.05.2026 [11:31]
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Ölkəmizin xarici siyasətində parlament diplomatiyası mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının toplantısında iştirak edib. Belə ki, mayın 7-də Monteneqroda təşkilatın üzv və tərəfdaş ölkələrinin parlament sədrlərinin 1-ci Sammiti keçirilib. Tədbirdə çıxış edən Sahibə Qafarova son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiqlədiyini vurğulayıb. Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, ölkəmiz enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, qeyd olunub ki, ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır. Bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir.
Milli Məclisin sədri parlamentlərin beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynadığını və parlament diplomatiyasının dialoqun təşviq edilməsi, şəffaflığın artırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi vasitəsilə ənənəvi diplomatik kanalları tamamladığını söyləyib. O, parlament diplomatiyasının etibarlı, inklüziv olmasının və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmasının vacibliyini vurğulayıb. O deyib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir. Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən Sahibə Qafarova deyib ki, bu ölkələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər. Bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər. Parlamentlərimizin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assambleyası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər.
S.Qafarova Azərbaycanın beynəlxalq parlament fəaliyyətlərində fəal iştirak etdiyini xatırladıb.O, diqqətə çatdırıb ki, parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.
Qeyd edək ki, Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib və bununla bağlı təşkilatın üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub. Spiker Sahibə Qafarova Milli Məclisə təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı qərara görə təşəkkür edib və onu yüksək qiymətləndirib. O deyib ki, Assambleyada iştirak üzv parlamentlərlə əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni geniş imkanlar yaradır.
Bundan əlavə, Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

