Həmrəyliyin parlaq nümunəsi
13.10.2025 [20:51]
Dövlət başçısı İlham Əliyev bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Bu səfər Azərbaycanın yalnız iki deyil, beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında maraqlı olduğunu və bunu real addımları ilə təsdiqlədiyini bir daha nümayiş etdirdi. “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” deyən dövlətimizin başçısı İlham Əliyev diqqəti Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə yönəltdi. Bu mühüm qərara görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Cənab İlham Əliyevin iştirak etdiyi elə bir tədbir yoxdur ki, orada tarixi Zəfərimizə və onun yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yönəldilməsin. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Bu ərazilərlə bağlı qəbul edilən önəmli qərarlar bu torpaqlarda görülən işləri geniş təhlil etməyi bir tələbə çevirir. Bu sırada onu da qeyd edə bilərik ki, Qarabağın tacı Şuşa da öncə Azərbaycanın, sonra Türk dünyasının, daha sonra isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Laçın şəhərinin cari ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq nümunəsi kimi dəyərləndirildi. MDB-nin mədəniyyət paytaxtı elan edilən Laçın beynəlxalq mərkəz kimi dünyanın diqqətindədir. Bu il Laçın şəhəri, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə ev sahibliyi etdi. Laçın Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə istifadəyə verildi. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 26 avqust-Laçın Şəhəri Günüdür. 2022-ci ilin 26 avqust tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində xalqımıza bu müjdəni çatdırmışdı: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bu gün digər azad edilmiş ərazilərimiz kimi Laçın da quruculuq dövrünü yaşayır. Soydaşlarımız mərhələ-mərhələ öz doqma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan-Tacikistan münasibətlərindən də bəhs etdi. Bildirdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Hər bir beynəlxalq tədbir günün aktual məsələləri ətrafında aparılan müzakirələrlə yanaşı, iştirakçı ölkələrin malik olduğu imkanların təqdimatında da əhəmiyyətli rol oynayır. Azərbaycanın bu tədbirlərdə iştirakına xüsusi önəmin verilməsi beynəlxalq münasibətlər sistemində yeri və mövqeyinə bir daha işıq salır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

