Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir
10.10.2025 [16:05]
Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlu, Quliyev İlkin Rəfail oğlu, Babayev Rəşad Ağabəy oğlu, Seyidov Əli Rahim oğlu, Sadıqov Rəsul Həşim oğlunun anım tədbirləri keçirilib.
İlk öncə şəhid polkovnik-leytenant Zaur Cəfərovun Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub. Daha sonra Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında İlkin Quliyevin, Maştağa qəsəbəsi Şəhidlər Xiyabanında Rəşad Babayevin, Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında Əli Seyidovun və Pirşağı qəsəbəsi Şəhidlər Xiyabanında Rəsul Sadıqovun məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və məktəbli şagirdlər iştirak ediblər.
Qeyd edək ki, Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunda anadan olub. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb. Hələ sağ ikən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" və “İgidliyə görə” medalları ilə təltif olunub. Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Azərbaycan ordusunun polkovnik-leytenantı Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2020-ci il 10 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. 1998-ci ildə Nizami rayonu 109 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. 2006-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirib. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Seyidov Əli 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsi 90 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. 2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sadıqov Rəsul 2001-ci ildə 3 martda Bakıda dünyaya gəlib. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. İkinci Qarabağ müharibəsində də könüllü kimi iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

