Qaradağlılar prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər
02.10.2013 [10:15]
Qaradağ rayonunda fəaliyyət göstərən Rus, Ukrayna icmalarının və digər millətlərin nümayəndələrinin iştirakı ilə rayonun Lökbatan qəsəbəsində geniş toplantı keçirilib
Qaradağ rayonunda fəaliyyət göstərən Rus, Ukrayna icmalarının və digər millətlərin nümayəndələrinin iştirakı ilə rayonun Lökbatan qəsəbəsində geniş toplantı keçirilib. Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayonun rus, Ukrayna və digər millətlərin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin çıxış edərək qaradağlıları prezident seçkilərində aktiv olmağa çağırıb. O, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından danışıb. Mixail Zabelin deyib ki, dövlət başçısı İlham Əliyev ölkəni çox böyük uzaqgörənliklə idarə edir: “İndi regionlardakı inkişaf, abadlıq-quruculuq işləri paytaxtdan heç də geri qalmır. Geniş magistral yolların, yaraşılqlı park və xiyabanların, hündürmərtəbəli binaların inşası, yeni-yeni istehsal müəssisələrinin yaradılması regionların simasını tamamilə dəyişib. İndi iri şəhərlərimiz paytaxt Bakı ilə rəqabət apara biləcək qədər müasirləşib. Məhz bu səbəbdən ölkəmizin digər vətəndaşları kimi, Azərbaycanda yaşayan ruslar da qarşıdakı prezident seçkisində cənab İlham Əliyevə səs verəcəklər”.
Qaradağ rayonunda yaşayan rus icmasının üzvü Qalina Petrovna, Qaradağ rayon sakini Qalina Qasımova və digərləri onların həyat səviyyəsini yüksəldən, Azərbaycanda bütün imkanları təmin edən cənab İlham Əliyevə səs verəcəklərini söyləyiblər. Ukrayna Konqresinin Qaradağ rayonu üzrə nümayəndəsi Oksana Jabina isə bütün rus və ukrayna icmalarının nümayəndələrini Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Qaradağ rayon ictimaiyyəti adından danışan Bəhruz Qəndilov da çıxışında Azərbaycanda olan tolerantlıq mühitindən, hər bir xalqın burada sərbəst yaşamasından danışıb.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da çıxışında Rus və Ukrayna icmasının nümayəndələrinin tarixin bütün dönəmlərində azərbaycanlılarla birlik nümayiş etdirdiyini söyləyib. O qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tarixən Azərbaycanda ruslar, ukraynalılar və başqa xalqların nümayəndələri dostluq - qardaşlıq şəraitində yaşayıblar. Rus-Ukrayna icması da daim ölkəmizin inkişaf prosesində, ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirərək öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
A.Hüseynov qarşıdan gələn prezident seçkilərində Qaradağda yaşayan rus icmasının və rusdilli vətəndaşların həmişə olduğu kimi, bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
AQŞİN
Xəbər lenti
Hamısına baxAnalitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07

