Yevlax rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir
02.10.2013 [10:14]
Rayonun bütün sakinləri kimi Gülöyşə və Yenicə kəndlərinin seçiciləri də cənab İlham Əliyevə səs verəcəklər
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və artıq 2 həftədən çoxdur ki, namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Beləliklə, YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Yevlax rayonu üzrə seçki qərargahının üzvləri kampaniya çərçivəsində dünən rayonun Gülöyşə və Yenicə kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev ölkəmizdə gedən sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıb. O, dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Yevlax seçicilərini 9 oktyabrda seçkilərə gəlməyə və xoşbəxt gələcəyimizə, inamlı sabahımıza səs verməyə çağırıb: “Mən inanıram ki, Yevlağın bütün sakinləri kimi Gülöyşə və Yenicə kəndlərinin sakinləri də İlham Əliyev cənablarına olan sevgisini bildirmək üçün səbirsizliklə 9 oktyabr tarixini gözləyirlər”.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə, inkişaf etdirilib. Bu gün rayonlarla Bakı şəhəri arasındakı fərq aradan götürülüb. Onların yolları, küçələri, tikililəri Bakı şəhərindəkindən geridə qalmır: “Təbii ki, bu inkişafdan Yevlağa da pay düşüb. Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində Yevlax rayonu son illərdə çox sürətli inkişaf edib”.
O, vurgulayıb ki, bu gün hər bir yevlaxlı gündən-günə gözəlləşən, abadlaşan öz doğma şəhəri ilə fəxr edir: “Bütün bunlara görə, hər bir yevlaxlı seçici bir daha öz minnətdarlığını və məhəbbətini Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə bildirmək üçün 9 oktyabrda böyük fəallıqla seçki məntəqələrinə gələrək, davamlı, sağlam və işıqlı gələcəyə səs verəcəklər”.
Çıxış edən kənd sakinləri Yusif Qurbanov, Rüstəm Ələkbərov və başqaları vurğulayıblar ki, görülən işlər, qazanılan nailiyyətlər göz qabağındadır. Bunu heç kim dana bilməz: “Xalq artıq öz seçimini edib. Sadəcə o xoşbəxt günü gözləyirik ki, növbəti 5 ilimizin uğuruna imza ataq. İlhamlı gələcəyə səs verək!”.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

