Heydər Əliyevin Prezident seçilməsi və müstəqil Azərbaycanın tarixi dönüş nöqtəsi
02.10.2025 [22:56]
1993-cü il 3 oktyabr tarixi Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə təkcə siyasi rəhbər dəyişikliyi deyil, eyni zamanda, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın gələcək inkişaf trayektoriyasının müəyyən edilməsi baxımından da fundamental əhəmiyyətə malik idi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan, 1993-cü ilin ortalarına qədər dərin siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Separatizmin güclənməsi, hakimiyyət boşluğu, iqtisadi durğunluq və vətəndaş qarşıdurmaları dövlət institutlarını zəiflətmiş, ölkənin suverenliyini ciddi təhdid etmişdi. Məhz belə bir şəraitdə xalqın çağırışı və ümumxalq iradəsi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu, oktyabrda isə konstitusiya yolu ilə Prezident seçildi. Onun Prezident seçilməsi ilə Azərbaycanda siyasi sabitlik, dövlət idarəçiliyində ardıcıllıq və milli strateji kurs bərqərar oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda müasir dövlətçilik fəlsəfəsi formalaşdı. O, dövlətçiliyin əsas prinsiplərini – müstəqillik, hüququn aliliyi, milli maraqların qorunması və vətəndaş rifahı kimi meyarlarla təyin etdi. Bu prinsiplər sonradan Azərbaycanın siyasi və hüquqi sisteminin əsas təməl daşlarına çevrildi. Onun "Azərbaycanın dövlət müstəqilliyi əbədidir və dönməzdir" fikri dövlət siyasətinin ideoloji istiqamətini müəyyən edən əsas tezis kimi qəbul edildi. Prezident Heydər Əliyev qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin islahı, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyətin artırılması istiqamətində sistemli islahatlar həyata keçirdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası onun hüquqi dövlət quruculuğundakı rolunun ən mühüm nəticələrindən biri oldu. Yeni Konstitusiya Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulmasını rəsmiləşdirdi. Heydər Əliyev Prezident seçildikdən sonra iqtisadi sahədə də əsaslı dəyişikliklər baş verdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, sərbəst bazar iqtisadiyyatına keçid, xarici investisiyaların cəlbi və beynəlxalq iqtisadi əlaqələrin qurulması onun həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri idi. Xüsusilə 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycanın enerji strategiyasını formalaşdırdı və ölkənin beynəlxalq iqtisadi məkanla inteqrasiyasını sürətləndirdi. Ulu Öndərin rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, separatçılıq və daxili qarşıdurmaların qarşısı alındı, ordu quruculuğu prosesi gücləndirildi. Azərbaycanın bütün bölgələrində mərkəzi hakimiyyətin təsiri və idarəetməsi bərpa edildi. Heydər Əliyev milli həmrəyliyi və azərbaycançılıq ideologiyasını təbliğ etməklə cəmiyyətdə birliyin möhkəmləndirilməsinə nail oldu. Heydər Əliyevin xarici siyasət kursu balanslaşdırılmış və çoxşaxəli idi. O, Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına nail oldu. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı genişləndi, ölkənin siyasi nüfuzu gücləndi. 1993-cü il 3 oktyabr seçkiləri ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. Heydər Əliyevin Prezidentliyi dövründə həyata keçirilən siyasi, hüquqi, iqtisadi və ideoloji islahatlar Azərbaycanın müstəqil, sabit və dinamik inkişaf edən dövlətə çevrilməsində həlledici rol oynadı. Bu gün Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınan, güclü iqtisadiyyata və möhkəm dövlət institutlarına malik müasir dövlət kimi mövcudluğu, 1993-cü ildən başlanan dövlət quruculuğu prosesinin tarixi uğurudur. Heydər Əliyevin siyasi kursu və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan rəhbərliyi tərəfindən uğurla davam etdirilir və ölkənin gələcək inkişafının əsas zəmanətidir.
Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

