Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır
02.10.2025 [14:18]
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə gedib. 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyasında ölkə başçısı qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövət başçıları, beynəlxalq təşkilat və şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm əhatə dairəsinin genişliyi, həm də vacib məsələlərin səsləndirilməsi və onların həlli yolu ilə bağlı təkliflərin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, təkcə Cənubi Qafqazın deyil, bütün beynəlxalq sistemin gələcəyinə təsir edə biləcək tarixi düşüncəni, siyasi baxışı və konkret təşəbbüsləri mükəmməl şəkildə təqdim etdi.
1992-ci il martın 2-dən BMT üzvü olan respublikamız bu qurumun tribunasından ilk gündən qlobal diqqəti torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib. Respublikamızla BMT arasında əlaqələrin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanmaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha çox cəlb etməyə başladı. Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dövlətimizin başçısı bu qurumun sessiyalarında iştirakı zamanı hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəltmiş, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. Prezident İlham Əliyev hər zaman BMT Baş Assambleyasının sessiyalarında və bu qurumun digər tədbirlərində xüsusi ehtiramla qarşılanıb. Dövlətimizin başçısının bu çərçivədə etdiyi çıxışlar, keçirdiyi görüşlər həmişə diqqətlə izlənilib, maraqla qarşılanıb.
Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bir sıra mühüm məsələlərə toxunaraq deyib: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”. Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Bildirdi ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti həm də BMT Nizamnaməsinə söykənərək torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının 80-ci sessiyasında nüfuzlu dövlət başçısı olmaqla yanaşı, həm də qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak etdi. BMT tribunasındakı çıxışçında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Torpaqlarını işğaldan azad edən Azərbaycanın yürütdüyü uğurlu siyasət bölgədə sülhü təmin etməklə bərabər, əməkdaşlığa böyük töhfələr verir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənməsinə, xarici şirkətlərin respublikamızla əməkdaşlığa daha böyük maraq göstərmələrinə əhəmiyyətli dərəcədə təsir edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

