Azərbaycan qlobal çağırışlara davamlı töhfələr verən ölkə kimi tanınır
01.10.2025 [16:29]
BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın haqq mübarizəsinin zirvəsi kimi tarixi əhəmiyyət daşıdı. Bu nitq təkcə diplomatik mövqe deyil, həm də xalqımızın otuz illik ədalət savaşının yekunu, Qələbənin fəlsəfəsi və gələcəyə yönəlmiş mesajı idi. Bu həm də ədalətin gecikmiş, amma möhtəşəm qələbəsi kim tarix oldu. Azərbaycan xalqı illərlə beynəlxalq hüququn pozulmasına, BMT qətnamələrinin icra olunmamasına şahidlik etdi. Amma heç vaxt ümidini itirmədi.
Prezident İlham Əliyev 25 sentyabr 2025-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ilə Azərbaycan səsinin gücünü bütün dünyaya eşitdirdi. Sülhə, ədalətə və birlik çağırışı bu torpağın haqq yolunu bir daha göstərdi. Bu çıxış yalnız bir nitq deyildi – xalqımızın qətiyyətini, azadlıq və inkişaf yolunda iradəsini bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycanın haqq səsini dünyaya çatdıran bu güclü mesaj hər birimizi dərin qürur hissi ilə doldurdu.
Prezident bəyan etmişdir ki, 1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilməmişdir. Bu qurumun fəaliyyəti illərlə yalnız status-kvonun qorunmasına xidmət etmiş, Ermənistanın işğalçı siyasətinə göz yumulmuş, beynəlxalq hüququn prinsipləri isə müdafiə olunmamışdır.
Minsk qrupunun nəticəsiz fəaliyyəti, əslində, böyük dövlətlərin geosiyasi maraqları və ikili standartlarının təzahürü idi. Bu, həm Azərbaycanın milli maraqlarına, həm də beynəlxalq hüququn aliliyinə zidd bir yanaşma idi. Prezident İlham Əliyev tribunadan açıq şəkildə bildirmişdir ki, əgər beynəlxalq təşkilatlar ədalətli mövqedən çıxış etsəydilər, münaqişə çoxdan həll oluna bilərdi. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsindən və əldə etdiyi böyük nailiyyətlərdən bəhs etdi. O, Ermənistanın illərlə həyata keçirdiyi etnik təmizləmə siyasətini, bir milyon azərbaycanlının didərgin salınmasını və BMT qətnamələrinin icra olunmamasını xatırlatdı. Minsk qrupunun fəaliyyətsizliyini qeyd edən dövlət başçısı 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində qələbə qazandığını bildirdi. 44 günlük savaş nəticəsində ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn üstünlüyünün təsdiqi kimi dəyərləndirildi. Prezident vurğuladı ki, müharibədən dərhal sonra Azərbaycan sülh təşəbbüsləri irəli sürdü və bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması tarixi dönüş nöqtəsi oldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan sənəd bölgədə yeni sabitlik mərhələsinin başlanğıcıdır. Bundan əlavə, ATƏT-in Minsk qrupu kimi köhnəlmiş mexanizmlərin ləğvi regionda real sülhün təmin olunmasına yönəlib.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son beş ildə keçdiyi qələbə, sülh və inkişaf yolunun qlobal miqyasda təqdimatı oldu. Bu çıxış təkcə Azərbaycanın uğurlarını deyil, həm də beynəlxalq hüququn, ədalətin və qanunun aliliyinin qlobal miqyasda təmin olunmasının vacibliyini nümayiş etdirdi.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

