Rəsmi Bakının sülh gündəliyi
30.09.2025 [18:42]
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Prezidenti cənab İlham Əliyev ilk dəfə olaraq qalib ölkənin rəhbəri kimi BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etdi. Ölkə başçısı Baş Assambleya çərçivəsində çoxsaylı görüşlər keçirərək Azərbaycanın yeni beynəlxalq nizamın formalaşmasındakı rolunu irəliyə aparan mövqeləri ifadə etmiş oldu. Ölkə başçısı cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla dialoqu və BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı xüsusilə qeyd edilməlidir. Prezident İlham Əliyevin çıxışı zamanı Vaşinqton sammitinə vurğu etməsi, əldə edilən razılaşmalar çərçivəsində səsləndirdiyi fikirlər rəsmi Bakının sülh gündəliyi haqqında geniş təsəvvür yaradır. Bu gündəlik qalib dövlətin qalib liderinin baxışlarını tam əks etdirir:
"Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur. Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir".
Dövlət başçısı qeyd edib ki, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. Prezident İlham Əliyevin çıxışı daim çağırışlarla zəngin olur. Bu çağırışlar həm regionun inkişafı, eyni zamanda yeni formalaşan dünya nizamı üçün yol xəritəsidir. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışında bu çağırışı etdi: "Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq". Azərbaycanın son illərdə keçdiyi yol qələbədən sülhə, dağıntılardan quruculuğa, ədalətsizlikdən ədalətin bərpasına aparan yol oldu. Prezident İlham Əliyevin BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər isə bu yolun beynəlxalq təsdiqi, Azərbaycanın yeni dövrdə oynadığı rolun və gələcəyə baxışının ən parlaq ifadəsidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

