/ / Tovuzda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş vətənpərvərlik mövzusunda rəsm sərgisi və anım tədbiri keçirilib
Tovuzda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş vətənpərvərlik mövzusunda rəsm sərgisi və anım tədbiri keçirilib
26.09.2025 [17:09]
“27 Sentyabr-Anım Günü” münasibətilə Tovuz rayonunun Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbində vətənpərvərlik mövzusunda rəsm sərgisi və anım tədbiri təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm sərgisinə baxış keçiriblər. Şagirdlərin təqdim etdiyi rəsmlərdə Vətən müharibəsinin qəhrəmanlıq ruhu, şəhidlərimizin əziz xatirəsi və Azərbaycanın şanlı Zəfəri öz əksini tapıb.
Sərgiyə baxışdan sonra məktəbin akt zalında anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, 27 Sentyabr tarixinin Azərbaycan xalqı üçün dərin mənəvi-siyasi əhəmiyyət daşıdığını vurğulayıb. O, bildirib ki, bu gün şəhidlərimizin qəhrəmanlığı, dövlətimizin gücü və xalqımızın birliyi sayəsində tarixə Zəfər Günü kimi yazılıb. Nihad Pənahov qeyd edib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Sonra RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova çıxış edərək bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan xalqı bu günü böyük hüzn və eyni zamanda böyük qürur hissi ilə yad edir. Çünki 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi tariximizin qəhrəmanlıq salnaməsinə çevrildi. Ali Baş Komandan, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi, ordumuz isə misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi.
Tovuz rayon üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Mürşüdlü, şəhid anası Aytəkin İsmayılova, Vətən müharibəsi əlili Nahid Hacıyev və müharibə iştirakçısı Eyvaz Süleymanov şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın qürurverici birliyi barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, şəhidlərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onların mübarizəsi isə gələcək nəsillər üçün nümunə olacaqdır.
Sonda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

