Anım Günü – Şəhidlərimizin əziz xatirəsinə ehtiram
25.09.2025 [21:37]
2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən Vətən müharibəsinin başlandığı 27 sentyabrda ölkəmizdə Anım günü qeyd edilir. Həmin gün 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsi anılır.
Anım Gününün təsis olunması dövlətimizin şəhidlərimizin müqəddəs xatirəsinə göstərdiyi dərin ehtiramın bariz nümunəsidir. Bu günün qeyd edilməsində əsas məqsəd – torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı yad etmək, onların şücaətini gələcək nəsillərə çatdırmaqdır.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoyan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünü təmin etdi və bir milyona yaxın vətəndaşımızın fundamental hüquqlarını bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrin icrasını yerinə yetirdi.
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”- deyən Prezidet İlham Əliyev bu sözləri onun şəhidlərimizə, qazilərimizə nə qədər dəyər verdiyini, onlara necə diqqət və qayğı göstəridiyini nümayiş etdirir.
Tarixi Zəfərimizin simvolu kimi dövlət tərəfindən xüsusi medal və ordenlər təsis edilmişdir. Bu medal və ordenlərin təsis edilməsində məqsəd Vətən müharibəsində igidlik göstərmiş hərbçilərimizin, zabit və əsgərlərimizin qəhrəmanlıq və fədakarlıqlarını yüksək qiymətləndirmək, onların əziz xatirəsini əbədiləşdirməkdir.
Hər il Anım Günündə ölkəmizin bütün bölgələrində dövlət qurumları, ictimai təşkilatlar və vətəndaşlar tərəfindən müxtəlif tədbirlər keçirilir, şəhidlərimizin məzarları ziyarət olunur, ruhlarına dualar oxunur. Azərbaycan xalqı bu gün bir daha öz qəhrəman övladlarının yolunu örnək götürərək birlik və vətənpərvərlik rəmzi kimi yad edir.
Anım Günü həm də xalqımızın yenilməz ruhunu və əzmini təcəssüm etdirən tarixi bir gündür. Qəhrəman şəhidlərimizin fədakarlıqları, qazilərimizin şücaəti hər zaman qürur mənbəyimiz olacaq. Bu gün biz onların ruhu qarşısında baş əyir, onların qoyub getdiyi müqəddəs irsi – azad, müstəqil və bütöv Azərbaycanı qorumağı özümüzə ən böyük vəzifə bilirik.
Anım Günü – xalqımızın yaddaşına əbədi həkk olunmuş müqəddəs tarixdir.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19

