Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olub
28.09.2013 [10:58]
Tərtər rayonunun Sarıcalı və Zolgörən kəndlərinin sakinləri də davamlı inkişaf naminə YAP-ın namizədinə səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Sarıcalı və Zolgörən kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir seçicinin fəallıq göstərməsinin zəruri olduğunu bildirən R.Şabanov əlavə edib ki, seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir: “Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir və xalqımız düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyev yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb”.
Seçicilər qarşısında çıxış edən YAP Tərtər rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olub: “Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Qədir Allahverdiyev, həmçinin, Sarıcalı kənd sakinləri-Ramiz Şirinov, Çimnaz Nuruyeva, Zolgörən kənd sakinləri - Ədibə Mustafayeva, Səttar Muradov ötən 10 il ərzində ölkəmizdə əldə edilən uğurların hər bir vətəndaşın həyatına müsbət təsir etdiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin uğurlarının davamlı olmasını istəyən hər bir Azərbaycan vətəndaşı, o cümlədən, tərtərlilər dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Natiqlər, eyni zamanda, 9 oktyabrda keçiriləcək prezident seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15

