Milli dövlətçilik tariximizin mühüm mərhələsi
19.09.2025 [14:46]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının dövlətçilik tarixi xalqımızın azadlıq, müstəqillik və milli kimlik uğrunda apardığı mübarizələrlə zəngindir. Bu mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam milli dövlətçiliyimizin inkişafında mühüm addım kimi qiymətləndirilməlidir.
Yeni təsis edilən Dövlət Suverenliyi Günü xalqımızın dövlət müstəqilliyi uğrunda göstərdiyi qətiyyətin, azadlıq iradəsinin və tarixi yaddaşının simvolu olaraq əlamətdar günlər sırasına daxil edilmişdir. Bu qərar həm də Azərbaycanın dövlətçilik ideyalarının gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının dövlətçilik tarixində 2023-cü ilin sentyabr hadisələri mühüm dönüm nöqtəsi kimi qiymətləndirilir. Həmin ilin sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan dövləti qətiyyətli addım atdı və qanun çərçivəsində antiterror əməliyyatına başladı.
Əməliyyatın məqsədi ölkəmizin konstitusiya quruluşunun bərpa olunması, ərazilərimizdə təhlükəsizlik və sabitliyin təmin edilməsi, qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi idi. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla icra etdi. Sentyabrın 20-də başa çatan əməliyyat dövlətimizin suverenlik yolunda əldə etdiyi parlaq Qələbələr sırasına yazıldı.
Bu Zəfərlə Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Ən önəmlisi, ölkəmizin üçrəngli Dövlət Bayrağı uzun illər həsrətində olduğumuz ərazilərdə əzəmətlə dalğalanmağa başladı. Bununla da Azərbaycanın beynəlxalq hüquqa, tarixi ədalətə və milli maraqlara əsaslanan mövqeyi bir daha təsdiqini tapdı.
Azərbaycan xalqı üçün əlamətdar bu hadisə sadəcə hərbi-siyasi qələbə deyil, həm də dövlətçiliyimizin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Xalqımız bütün dünyaya nümayiş etdirdi ki, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaqda qətiyyətli və sarsılmaz iradəyə malikdir.
Məhz bu tarixi əhəmiyyətinə görə hər il sentyabrın 20-i ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu günün qeyd olunması həm qəhrəman əsgərlərimizin şücaətinə, həm də xalqımızın əzmkarlığına verilən ən yüksək qiymətdir. Dövlət Suverenliyi Günü hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillərə də milli həmrəylik, dövlətçilik və vətənpərvərlik nümunəsi kimi ötürüləcəkdir.
Beləliklə, Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi müasir tariximizin şanlı səhifələrindən birini təşkil edir. Bu gün dövlətimizin qüdrətini, xalqımızın birlik və qətiyyətini təcəssüm etdirən simvolik hadisədir. Əminliklə demək olar ki, bundan sonra da Azərbaycan xalqı öz müstəqil dövlətini qorumaq, inkişaf etdirmək və daha da möhkəmləndirmək əzmindədir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

