Prezident seçkilərində YAP-ın namizədi əzəmətli qələbə qazanacaq
28.09.2013 [10:55]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir. Dünən bu məqsədlə rayonun Aşağı Quşçu, Dondar Quşçu və Düz Qırıqlı kəndlərində seçicilərlə görüşlər keçirilib. Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov vurğulayıb ki, YAP-ın namizədi cənab İlham Əliyev alternativsiz liderdir: “Bunun da səbəbləri kifayət qədərdir. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, son 10 ildə Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Son illər Azərbaycan ümumdaxili məhsulun həcminə görə regionda lider ölkəyə çevrilib. Bu artım hər il davam edir və biz bu tendensiyanın, inkişafın, sabitliyin artması, davamlı və dayanıqlı olması üçün oktyabrın 9-da növbəti dəfə cənab İlham Əliyevə səs verməliyik”.
Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının aparat rəhbəri Eldəniz Vəliyev çıxışında Azərbaycan dövlətinin müstəqillik tarixinə qısa nəzər salıb. Onun sözlərinə görə, 1991-ci ildə əldə edilmiş müstəqillikdən sonra hər cür çətinliyi və xoş günləri görən Azərbaycan xalqı yaxşını pisdən ayırmağı bacarır. Ən çətin dövrlərdə xalqımızın çox düzgün qərarlar qəbul etdiyini və doğru seçimlər etdiyini xatırladan E.Vəliyevin sözlərinə görə, bu dəfə də xalqımız doğru qərar verməklə növbəti tarixi uğura imza atacaq: “Bütün ürəklərdə bir seçim var-Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs vermək. Çünki bu gün Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur”.
Professor Qəzənfər Paşayev isə YAP-ın namizədi İlham Əliyevin prezidentliyi dövründə görülən işləri yada salıb. O, vurğulayıb ki, İlham Əliyev hələ prezident seçilməzdən öncə öz dövlətini, xalqını və millətini sevən əsl vətəndaş olduğunu sübuta yetirmişdi. Eyni zamanda, göstərmişdi ki, işləməyi, bir çox problemləri müdrikcəsinə dəf etməyi bacaran siyasi xadimdir. 2003-cü ildə xalqın iradəsi ilə hakimiyyətə gəldikdən sonra Onun Ümummilli liderimiz Heydər Əliyevin siyasətini çox cəsarətlə, şərəflə davam etdirdiyinin şahidi olduq.
Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dövlət proqramlarından danışan təbliğat qrupunun üzvü Yaşar İbrahimov isə deyib ki, bu gün Azərbaycan bəlkə də yeganə ölkədir ki, öz iqtisadiyyatını, öz inkişafını dövlət proqramları ilə qurub. Yəni, bütün sahələr üzrə düşünülmüş, planlaşdırılmış şəkildə məsələlər qoyulub və həmin proqramlar ölkəmizin davamlı inkişafını təmin edib.
O, həmçinin, bildirib ki, İlham Əliyev prezident seçilməzdən öncə verdiyi vədlərin hamısına əməl edib: “Məhz bu səbəbdən biz hamımız YAP-ın “İlhamla irəli” şüarını əlimizdə bayraq edib, İlham Əliyevə səs verəcəyik”.
Çıxış edən digər natiqlər və rayon sakinləri əmin olduqlarını bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində tovuzluların yeganə seçimi var - o da cənab İlham Əliyevdir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

