Müstəqillik və suverenlik xalqın milli kimliyini, tarixi varlığını təsdiqləyən dəyərlərdir
19.09.2025 [18:00]
Azərbaycan xalqının tarixində suverenlik ideyası sadəcə hüquqi-siyasi məfhum deyil, milli kimliyimizin, varlığımızın və gələcək nəsillərə qoyduğumuz ən böyük mirasın təməl daşıdır. 20 sentyabr tarixində təsis edilən Dövlət Suverenliyi Günü isə xalqımızın yüzilliklər boyu apardığı mübarizənin və müstəqillik arzularının qələbə ilə nəticələndiyi ən uca mərhələdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu gün ölkəmiz dünya birliyində öz sözünü deyən, regionun siyasi, iqtisadi və hərbi reallıqlarını müəyyən edən aparıcı gücə çevrilmişdir. Cənab Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis edilməsi dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Bu, təkcə rəmzi addım deyil, həm də 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə etdiyimiz tarixi zəfərlərin əbədiləşdirilməsi deməkdir. Əgər tarixə nəzər salsaq, xalqımızın iradəsini sınamaq üçün işğallar, soyqırımlar, etnik təmizləmələr, uzun illər davam edən beynəlxalq ədalətsizliklər olmuşdur. Lakin heç bir güc Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini sarsıda bilməmişdir. Bu gün isə həmin milli iradənin simvolu məhz güclü Azərbaycan dövlətidir. Bu dövlətin mövcudluğu, davamlılığı və inkişafı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə təmin olunmuşdur.
44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, ardınca Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması və 2023-cü ilin qətiyyətli antiterror əməliyyatı Azərbaycanın suverenliyini bərpa etməklə yanaşı, beynəlxalq hüququn reallıqlar üzərində qurulmasının ən bariz nümunəsinə çevrildi. Bu uğurlar Ali Baş Komandanın dəmir iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın birliyinin təntənəsidir. Məhz buna görə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi-siyasi məna daşıyır. Bu qərar göstərir ki, Azərbaycan yalnız hərbi və siyasi sahədə deyil, həm də hüquqi-institusional əsaslarda dövlətçiliyini möhkəmləndirir, dünyaya milli kimliyini daha aydın və güclü şəkildə təqdim edir. Konstitusiya və suverenlik bir-birini tamamlayan iki sütun kimi müasir Azərbaycanın dövlət modelini daha da gücləndirir. Cənab Prezident İlham Əliyev bu gün sadəcə dövlət başçısı deyil, həm də yeni Azərbaycan tarixinin memarı, milli iradəmizin simvolu, qalib lider obrazıdır. Onun qətiyyəti nəticəsində Azərbaycan xalqı yalnız öz torpaqlarına sahib çıxmadı, həm də regionda yeni siyasi reallıq yaratdı. Azərbaycanın tam suverenliyi artıq reallıqdır. Sərhədlərimiz toxunulmazdır, dövlətimiz güclüdür, xalqımız öz taleyinin sahibidir. Bu isə ölkə rəhbərliyinin uzaqgörən siyasəti, müzəffər ordumuzun qüdrəti və xalq-dövlət birliyinin möhtəşəm nəticəsidir.
Antiterror tədbirləri yalnız hərbi müstəvidə deyil, siyasi planda da Azərbaycanın mövqeyini gücləndirdi. Regionda sülhün bərqərar olunması üçün əsas şərt separatizmə son qoyulması idi və bu istiqamətdə atılan addımlar dövlətin iradəsini təsdiqlədi. Bu, suverenliyin sadəcə hüquqi anlayış yox, həm də praktiki reallıq olduğunu göstərdi. Sentyabrın 20-si artıq həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından bir dönüş nöqtəsi kimi yadda qalır. Enerji resurslarından başlayan müstəqillik yolu torpaqların azad olunması ilə tamamlandı. Bu gün dövlətçilik iradəsinin, azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib. Azərbaycan xalqı üçün bu tarix bir bayram olmaqla yanaşı, həm də gələcək nəsillərə mesajdır. Yəni, suverenliyi qorumaq hər kəsin borcudur. İqtisadi inkişaf, ərazi bütövlüyü və milli birliyin sintezində formalaşan bu gün, tarixi yaddaşın mühüm parçası olaraq daim yaşayacaq. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, Azərbaycan suveren, güclü və qalib dövlətdir.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

