Bir millətin qüruru: Qarabağda bərpa və zəfər yolu
17.09.2025 [21:43]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının tarixinə əbədi həkk olunmuş günlərdən biri də 20 sentyabrdır. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri tam nəzarətə götürüldü. Bu tarixi hadisə ilə Azərbaycan Respublikasının suverenliyi bütün əraziləri üzərində bərpa olundu. Nəticədə 20 sentyabr – bu şəhərlərin azadlığı günü kimi tarixə düşdü və milli təqvimdə mühüm yerini aldı.
2023-cü il noyabrın 8-də – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu hadisə yalnız Vətən müharibəsində əldə edilən qələbənin deyil, eyni zamanda Azərbaycanın suveren hüquqlarının əyani nümayişi idi. Hərbi paradda Müzəffər Ali Baş Komandan İlham Əliyev iştirak edərək xalqımıza tarixi bir mesaj verdi: Azərbaycan Ordusu öz missiyasını ləyaqətlə yerinə yetirib və Qarabağda dövlət suverenliyi tam bərpa olunub.
Azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası çərçivəsində ən mühüm layihələrdən biri də Qarabağ Universitetinin yaradılması oldu. Bu ali təhsil müəssisəsi həm regionun elmi və təhsil potensialının inkişaf etdirilməsinə xidmət edəcək, həm də keçmişdə dağıdılmış təhsil infrastrukturunun yenidən qurulmasında mühüm rol oynayacaq. Qarabağ Universiteti, eyni zamanda, bölgənin mədəni-mənəvi dirçəlişinə töhfə verməyi qarşıya məqsəd qoyur.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusən Xocavənd rayonuna etdiyi mütəmadi səfərlər, Azərbaycanın Qarabağ siyasətinin əsas istiqamətlərindən biri kimi ərazilərin bərpası və dirçəldilməsi prosesinə yüksək səviyyədə diqqət göstərildiyini nümayiş etdirir.
2021-ci ilin yanvarından başlayaraq Xocavənd rayonunun Böyük Tağlar, Edilli, Düdükçü və Tuğ kəndləri ilə tanışlıq, Hadrutda Dövlət Bayrağının ucaldılması və yeni yolların təməlinin qoyulması kimi mühüm tədbirlər həyata keçirildi. Bu səfərlər zamanı qədim Alban məbədlərinə, Azıx mağarasına və dağıdılmış məktəblərə baxış keçirildi.
2021-ci ilin oktyabrında Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında tikinti işlərinə başlanıldı. Hadrutda yeni məscidin və "Hadrut" qovşaq yarımstansiyasının təməlləri qoyuldu. 2023-cü ildə isə Hadrutda 360 şagirdlik məktəb binasının bərpa layihəsi təqdim olundu və turizm inkişaf konsepsiyası elan edildi.
2023-cü ilin mayında Tuğ kəndində ilk yaşayış məhəlləsinin və inzibati mərkəzin təməlləri qoyuldu. Eyni zamanda Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsi istifadəyə verildi. 2025-ci ilin sentyabrında isə Hadrutda məscidin açılışı baş tutdu, Qırmızı Bazar və Sos kəndlərinin sakinləri ilə görüşlər keçirildi.
Xocavənd şəhərində 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu hadisə, işğaldan azad olunmuş ərazilərdə dövlət rəmzlərinin bərpasının, milli qürur və kimliyin yenidən təsdiqinin göstəricisi idi.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı günü yalnız siyasi və hərbi baxımdan deyil, milli yaddaş və kimlik baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə mütəşəkkil şəkildə bərpa və inkişaf işləri aparmaqla, bu torpaqlarda yeni həyatın əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət Azərbaycan tarixində "Qayıdış dövrü" kimi yadda qalacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

