/ / Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü: Dövlətçiliyimizin və Tarixi Zəfərimizin Simvolu
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü: Dövlətçiliyimizin və Tarixi Zəfərimizin Simvolu
17.09.2025 [18:31]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Hər bir xalq üçün öz taleyini sərbəst şəkildə müəyyən etmək, müstəqil dövlətini qurmaq və inkişaf etdirmək tarixi nailiyyət, milli iradənin təntənəsidir. Azərbaycan xalqı da əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşamış, bu yolda saysız-hesabsız sınaqlardan keçmişdir. Tariximizin müxtəlif mərhələlərində üzləşdiyimiz işğal, repressiyalar və milli məhrumiyyətlər xalqımızın dövlətçilik iradəsini sarsıda bilməmişdir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi yalnız hüquqi deyil, həm də mənəvi və tarixi baxımdan böyük dönüş nöqtəsi olmuşdur.
Azərbaycan torpaqlarının 30 ildən artıq müddətdə işğal altında qalması ölkəmizin suverenliyini faktiki olaraq məhdudlaşdırmışdı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ və ətraf rayonlarımız işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdü. Bu dövrdə Azərbaycanın diplomatik və siyasi mübarizəsi ilə yanaşı, ordu quruculuğu sahəsində həyata keçirdiyi ardıcıl siyasət suverenliyin bərpası üçün əsaslı zəmin yaratmışdır.
2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Müzəffər Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ölkəmiz işğala son qoyaraq beynəlxalq hüququn və ədalətin zəfərini təmin etdi. Bu qələbə təkcə hərbi deyil, həm də siyasi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqı bu zəfərlə dövlətçiliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
2023-cü ilin aprel ayında Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqlarının daha bir real təsdiqi oldu. Bu addım ölkəmizin beynəlxalq sərhədləri üzərində tam nəzarətini təmin etdi və separatçılıq meyillərinin qarşısının alınmasında mühüm rol oynadı.
Elə həmin ilin sentyabrında Azərbaycan Ordusu cəmi bir gün davam edən lokal antiterror əməliyyatı ilə separatçıların tör-töküntüsünə son qoydu. Nəticədə Azərbaycan dövlət suverenliyini tam şəkildə bərpa etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq hüquq zəfər çaldı, dövlətimizin ərazi bütövlüyü və suverenliyi reallıqda tam təmin edildi.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 15 sentyabr – Dövlət Suverenliyi Günü təsis olundu. Bu tarix 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatının uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam bərpasının rəmzi olaraq müəyyən edildi. Dövlət Suverenliyi Günü ölkəmizin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı, milli birliyin və dövlətçilik əzminin simvoluna çevrildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar ölkəmizin hüquqi və siyasi inkişafının növbəti mərhələsini, dövlət institutlarının dayanıqlığını və xalqın öz dövlətinə inamını daha da möhkəmləndirmək məqsədi daşıyır. İlin çərçivəsində həyata keçirilən tədbirlər, islahatlar və təşəbbüslər Azərbaycanın suveren dövlət kimi möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü yalnız bir tarixi xatırlatma deyil, həm də xalqımızın mübariz ruhunun, dövlətçilik iradəsinin və gələcəyə olan inamının təntənəsidir. Bu gün Azərbaycan dövləti regionda sülh və sabitliyin əsas təminatçısı kimi çıxış edir. Güclü dövlət, birləşmiş xalq və müzəffər ordu ilə Azərbaycan suverenliyini qorumaqda və möhkəmləndirməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07

