Uğurla başa çatan antiterror əməliyyatı
16.09.2025 [17:38]
Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Düşmən həmin gün yeni ərazilərimizi ələ keçirmək məqsədilə ön mövqelərimiz üzərinə hücuma keçdi. Cəsur zabit və əsgərlərimiz silaha sarılaraq yurdumuzun müdafiəsinə qalxdılar. İllərdən bəri susmuş silahlar bir an içində gurladı, atəş səsləri yeri-göyü lərzəyə gətirdi. Ön mövqelərdə dayanmış hərbçilərimiz döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək ermənilərin işğalçı hücumlarının qarşısını aldılar. Qəsbkarlar geri sıxışdırılandan sonra da döyüşlər səngimədi. 30 ilə yaxın davam edən erməni işğalına son qoymaq məqsədilə torpaqlarımızın azadlığı uğrunda əks-həmlə əməliyyatlarına başlanıldı.
Xüsusilə qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu 30 ilə yaxın ermənilərin işğalında qalmış şəhər və kəndlərimizi azad etdi. Üçtərəfli Bəyanata əsasən, döyüşlər zamanı ordusu darmadağın olunmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında saxladığı Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparılmadan, bir güllə belə atılmadan azad etməyi öhdəsinə götürdü. Rəsmi İrəvanın öhdəlikləri yalnız bundan ibarət deyildi. İkinci Qarabağ müharibəsinin məğlub tərəfi olan Ermənistan həm də Qarabağ ərazisində qalmış hərbi qüvvələrini Azərbaycanın əbədi-əzəli torpaqlarından çıxarmalı idi.
Təəssüflər olsun ki, rəsmi İrəvan erməni xislətindən irəli gələn məlum xüsusiyyətlərinə görə bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi. Silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan çıxarmadı. İllərdən bəri Qarabağı qan çanağına döndərmiş erməni separatçıları yerlərindən tərpənmədilər. Bütün bunlar isə suverenliyini və ərazi bütövlüyünü bərpa etmək gücündə olan Azərbaycanı yenidən Qarabağda antiterror əməliyyatı həyata keçirməyə məcbur etdi. Çünki havadarlarına arxalanan erməni separatçıları bölgədən öz xoşlarına çıxmaq istəmirdilər. Erməni separatçılarının quldur dəstələri Rusiyanın bölgədə müvəqqəti yerləşdirilmiş sülhyaratma qüvvələrinin gözü qarşısında yeni səngərlər qazır, mövqelər hazırlayır, mühəndis-istehkam xətləri qururdular. Dolayı yollarla Qarabağa canlı qüvvə və silah-sursat daşımağa davam edirdilər. Bütün bunlar onu açıq şəkildə göstərirdi ki, şirin xəyallarla yaşayan qəsbkarlar Azərbaycana qarşı hərbi əməliyyata ciddi hazırlıq işləri görürlər. Buna görə də Qarabağda qalmış erməni separatizminin məhv edilməsi mütləq idi.
Yeri gəlmişkən, qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı Zəfəri davam etdirən şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Uğurla başlayan antiterror əməliyyatı 23 saatdan bir az çox çəkdi. Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və erməni separatçıları rəşadətli Azərbaycan Ordusunun gücü-qüdrəti qarşısında dayana bilməyərək ağ bayraq qaldırıb təslim oldular. Uğurla başa çatan antiterror əməliyyatı nəticəsində düşmən məğlub edildi. Antiterror əməliyyatına ordumuzun mexanikləşdirilmiş və motoatıcı, mühəndis-istehkam bölmələri, həmçinin bir sıra xüsusi qrupları cəlb edilmişdi. Erməni separatçılarının uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi mövqelərini əməliyyata cəlb edilmiş qüvvələrimiz yüksək peşəkarlıqla, məharətlə yarıb keçdi. İkinci Qarabağ müharibəsində olduğu kimi, Müzəffər Ali Baş Komandanın əsas tapşırığı bundan ibarət idi ki, əməliyyat şəxsi heyət arasında minimum itki ilə keçirilsin. Bu məqsədlə düşmənin legitim hədəflərinə ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan zərbələr endirildi. Endirilən dəqiq zərbələr nəticəsində separatçıların atəş nöqtələri bir-birinin ardınca sıradan çıxarıldı. Şanlı Azərbaycan Ordusunun bölmələri bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd və başqa istiqamətlərdə separatçıların üzərinə doğru xeyli irəliləyərək bütün əlverişli yolları tutdu. Ordu bölmələri bütün istiqamətlərdə tapşırığı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurdu. Düşmənin qüdrətli ordumuzun qarşısında yalnız və yalnız 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ordumuzun 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.
Antiterror əməliyyatı xüsusi nəzərdə tutulmuş bir əməliyyat olduğuna görə qarşıya qoyulmuş əsas məqsəd mülki əhaliyə və infrastruktura ziyan yetirmədən hədəflərə nail olmaq idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayaraq demişdir: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır".
Ən əsası, Şanlı Azərbaycan Ordusu dünya hərb tarixində daha bir nadir əməliyyatı mükəmməl şəkildə həyata keçirərək gözlənilən uğuru qazandı. Separatçılara qarşı aparılan və bir sutkadan da az çəkən əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri diz çökdürüldü. Uzun illərdən bəri Qarabağda kök salmış erməni separatizminə son qoyuldu, daşnak yuvası darmadağın olundu. 19-20 sentyabr 2023-cü ildə uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Xalqımız bu möhtəşəm tarixlə fəxr edir və öyünür.
Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Hacıməlik qəsəbə ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

