Vətəndaşlar inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək
26.09.2013 [10:56]
Goranboy rayonunun Tatarlı, Qarqucaq, Nərimanlı və Balakürd kəndlərində seçicilərlə görüşlər keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Tatarlı, Qarqucaq, Nərimanlı və Balakürd kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd edib ki, son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib. “Bu, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradıb. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin rəhbər tutulması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqləyib. Əlbəttə ki, Azərbaycanın bugünkü uğurlarının qazanılmasında Ulu öndər Heydər Əliyevin banisi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzunun və siyasi çəkisinin təsdiqidir”, - deyən təşkilat sədri əlavə edib ki, hazırda qeyri-neft sektorunun sürətlə artması gələcəyə yönəlik optimist proqnozlar ifadə etməyə imkan verir.
YAP Goranboy rayon təşkilatının sədri əminliyini ifadə edib ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qarşıdan gələn seçkilərdə qələbə qazanacaq.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Mahir Aslanov isə bildirib ki, Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın Azərbaycan modelini formalaşdırıb. “Ötən 10 il ərzində bütün sahələrdə ciddi uğurlar əldə edilib, Azərbaycan investisiya yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilib. Onu da qeyd etmək istəyirəm ki, bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür” - deyə, millət vəkili əlavə edib.
Onun sözlərinə görə, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası, hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib”.
“Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, həyata keçirilən bütün bu işlər, əldə edilmiş nailiyyətlər xalqın cənab İlham Əliyevə inamını və güvənini daha da artırıb. Hesab edirəm ki, bu, qarşıdan gələn prezident seçkilərində özünü göstərəcək və cənab İlham Əliyev növbəti dəfə qələbə qazanacaq” - deyə, M.Aslanov vurğulayıb.
Daha sonra çıxış edən qərargah üzvləri - Ziya Şükürov, Şahin Allahverdiyev, Nizami Abdullayev, Gündüz Bağırov, seçicilər Tehruz Binnətov, Ülviyyə Qarayeva, Zirəddin Məmmədov, Adil Rzayev, Kərim Kərimli, Xalis Orucov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

