Mingəçevir seçiciləri Prezident İlham Əliyevi dəstəkləyir
26.09.2013 [10:54]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə seçki qərargahının təşviqat-təbliğat qrupunun üzvləri seçicilərlə görüşlərini uğurla davam etdirirlər. Bu tədbirlər çərçivəsində Azərbaycan Dillər Universitetinin dekanı, professor Əfqan Abdullayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və təbliğat-təşviqat qrupunun üzvü Əyyub Əyyubov seçicilərlə görüş keçiriblər.
Görüşdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin gördüyü işlər nəticəsində ölkədə əldə edilən inkişaf haqda görüş iştirakçılarına məlumat veriblər. Cavanşir Yusubov prezident seçkilərinin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda mühüm siyasi proseslə bağlı geniş təbliğat-təşviqat işləri aparılmaqdadır: “Bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Mingəçevirdə də böyük işlər görülür. Şəhərimizdə yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, Mingəçevirdə yeni iş yerləri açılır, məktəblər, səhiyyə ocaqları tikilir, yeni müəssisələr işə salınır. Bütün bunlar insanların maddi rifahının yüksəlməsinə, rahatlığını təmin etməyə hesablanıb. Məhz bunların əsas səbəbkarı Prezident İlham Əliyevdir”.
C.Yusubovun fikrincə, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz cənab İlham Əliyev olacaq.
Professor Əfqan Abdullayev isə bildirib ki, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir: “Artıq bu faktı beynəlxalq qurumlar da bəyan edirlər. Bəzi dairələr bu uğurlara kölgə salmağa çalışırlar. Amma bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi ortaya atılan əsassız informasiyaları məhv edən tutarlı arqumentlər, əyani sübutlardır”.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Əyyub Əyyubov bildirib ki, 9 oktyabr tarixi xalqımızın həyatında əlamətdar bir gün olacaq: “Çünki həmin gün müstəqil Azərbaycanın azad xalqı səs verərək növbəti beşillikdə kimin rəhbərliyi ilə irəli gedəcəyini müəyyənləşdirəcək. Amma düşünürəm ki, Mingəçevir sakinləri öz seçimlərini hələ 1993-cü ildə ediblər. Bunu 2003-cü və 2008-ci illərdə də Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevə səs verməklə təkrar ediblər. Əminəm ki, mingəçevirlilər 9 oktyabrda da seçimlərini düzgün edəcəklər”.
Digər çıxışçılar, seçiciləri seçki günü məntəqələrə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbir iştirakçıları da seçimlərinin yalnız cənab İlham Əliyev olduğunu qeyd ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

