Cənab İlham Əliyev Azərbaycan xalqının böyük dəstəyi ilə yenidən prezident seçiləcək
26.09.2013 [10:53]
Tovuz rayonunun Azaflı və Düz Cırdaxan kəndlərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər dünən Tovuz rayonunun Azaflı və Düz Cırdaxan kəndlərində keçirilib. Görüşlərdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə danışıb: “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət Onun ən layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun mövqeləri daha da möhkəmlənir”.
Daha sonra çıxış edən YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin Tovuz rayonu üzrə seçki qərargahının üzvü Mücəməddin Axundov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Təbliğat qrupunun üzvü Fazil Məhərrəmov isə regionların sosial iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrasından, bu istiqamətdə Tovuz rayonunda görülən işlərdən danışıb. Son illər Tovuz rayonunda aparılan yenidənqurma işlərindən bəhs açan F.Məhərrəmov cənab İlham Əliyevin prezidentliyi dövründə rayonda bir sıra sənaye müəssisələrinin, yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladıb və görülən işlərin bütün tovuzluların ürəyincə olduğunu bildirib: “Qarşıdakı seçkilərin nəticələri bir daha təsdiq edəcək ki, tovuzlular Ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursu həyata keçirən cənab Prezident İlham Əliyevə dəstək verirlər”.
YAP Tovuz rayon təşkilatının Aparat rəhbəri Eldəniz Vəliyev isə deyib ki, ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyindən xəbər verir.
Sonra çıxış edən digər natiqlər - Ramiz Məmmədov, Nəriman Qurbanov, Sevda Səfərova, kənd ağsaqqalları və sakinlər Prezident İlham Əliyevin ötən 10 ildə gördüyü işləri yüksək qiymətləndirərək Tovuz rayon ictimaiyyətinin qarşıdakı seçkilərdə alternativsiz namizəd İlham Əliyevə səs verəcəyini deyiblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41

