/ / Vətəndaşların cənab İlham Əliyevi dəstəkləməsi ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır
Vətəndaşların cənab İlham Əliyevi dəstəkləməsi ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır
24.09.2013 [10:37]
Goranboy rayonunun Hazırəhmədli, Kələk, Qaramusalı və Xınalı kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Hazırəhmədli, Kələk, Qaramusalı, Xınalı kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
Tədbiri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayilov açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, xalqımızın ali mənafeyini ifadə edən avanqard gücdür. Onun sözlərinə görə, YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda tanınan nüfuzlu siyasi güc mərkəzidir: “Bu gün Yeni Azərbaycanın Partiyasının Sədri cənab İlham Əliyev xalqımızın alternativsiz seçimidir. Azərbaycan ictimaiyyəti, o cümlədən, Goranboy seçiciləri cənab Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir”.
Qarşıdan gələn prezident seçkilərində seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağıran rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçib. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir: “Partiyamız ötən 10 ildə Azərbaycanın inkişafına böyük töhfələr verib. Azərbaycan ötən 10 ildə böyük inkişaf yolu keçib. Görülən bütün tədbirlər insanların rifah halını daha da yaxşılaşdırıb. Məhz buna görə də, əminliklə söyləyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 9 oktyabrda keçiriləcək seçkilərdə qələbə qazanacaq”.
Qərargah üzvü Ziya Şükürov isə əmin olduğunu bildirib ki, prezident seçkilərində Azərbaycan seçicilərinin böyük əksəriyyəti seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verəcəklər. Beləliklə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev növbəti 5 ildə də Prezident kimi fəaliyyətini davam etdirəcək.
Z.Şükürov əlavə edib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib: “Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır. Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”.
Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən, Goranboy sakinlərinin həyatında hiss edildiyini bildirən qərargah üzvü oktyabrın 9-da seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edən seçicilər Adil Qasımov, Ziya Şükürov, Töhfə Əhmədova, Səbinə Hacıyeva, Əsgər Tağıyev, Tural Məmmədov, Nəsirəddin Məmmədov, Aygün Cabbarova qeyd ediblər ki, Azərbaycanın sürətli inkişafı, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, yoxsulluğun minimum həddə salınması vətəndaşlarda böyük məmnunluq hissi yaradıb. Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. O da xüsusi olaraq qeyd edilib ki, vətəndaşların böyük əksəriyyətinin cənab İlham Əliyevi dəstəkləməsi ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır. Seçicilər 9 oktyabr tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini yekdilliklə bəyan ediblər.
NURLAN
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

