Laçınlılar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamına səs verəcəklər
24.09.2013 [10:36]
Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində yaşayan laçınlı məcburi köçkünlərlə görüş keçirilib
9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. Bu istiqamətdə YAP Laçın rayon təşkilatı tərəfindən Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində yaşayan məcburi köçkünlərlə görüş keçirilib. Görüşlərdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli deyib ki, Azərbaycanın sürətli inkişafı, əhalinin rifah halının günü-gündən yaxşılaşması, ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində mümkün olub: “Bu gün Azərbaycan sürətlə inkişaf edən, dünyanın hesablaşdığı, regionun lider dövlətinə çevrilib. Dünya səviyyəli siyasi, iqtisadi və mədəni tədbirlər ölkəmizdə keçirilir. Ölkəmizin turizm potensialı sürətlə inkişaf edir. Nəinki paytaxtımız, ən ucqar regionlarımız belə çiçəklənir, müasirləşir, vətəndaşların normal yaşaması üçün bütün şərait yaradılır. Əlbəttə, bu uğurlar təsadüfi deyil və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Xalqın gözü tərəzidir və qədirbilən Azərbaycan xalqı bundan öncəki seçkilərdə olduğu kimi, 9 oktyabrda da Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı, cənab Prezident İlham Əliyevə səs verəcək”.
Tədbirdə çıxış edən millət vəkili Nazim Fərəcov bildirib ki, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir: “Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqın Ona olan inamı bu sabitliyi yarada bildi və artıq 22 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Eyni zamanda, artıq 10 ildir ki, cənab Prezident İlham Əliyev bu siyasi sabitlik kursunu uğurla davam etdirir. Məhz elə buna görə də Azərbaycan xalqı, o cümlədən də laçınlılar 9 oktyabrda növbəti dəfə cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Ona səs verməklə öz gələcəyinə səs verəcək”.
Tədbirdə çıxış edən laçınlılar da son illər respublikanın hər yerində olduğu kimi, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxta-körpü məcburi köçkünlər qəsəbəsində də cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən tikinti, quruculuq-abadlıq işlərindən məmnun olduqlarını bildiriblər.
Tədbir iştirakçılarından Varaşil Məmmədov, Telman Əşrəfov, Aygün Kərimova, Əli Aslanov və başqaları çıxış edərək Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.
Qeyd olunub ki, laçınlılar həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla Onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Oktay
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

