Qaradağlı gənclər cənab İlham Əliyevə səs verəcəklər
22.09.2013 [10:57]
Qaradağda 9 oktyabrda keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub
Qaradağ rayonu Lökbatan qəsəbəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Fəxrəddin Nağıyev, Qaradağ rayon Gənclər və idman idarəsinin rəisi Elçin Abbasov iştirak edib.
Qaradağ rayon Gənclər və idman idarəsinin rəisi E.Abbasov ilk dəfə səs verəcək qaradağlı gəncləri təbrik edərək onların həyatında bu tarixin xüsusi önəmindən danışıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edən E.Abbasov Qaradağ rayonunda da gənclərin hər zaman qayğı ilə əhatə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə gəncləri hər zaman Ümummilli lider Heydər Əliyev siyasətini dəstəkləyib və Onun ən layiqli davamçısı olan cənab İlham Əliyevin ətrafında sıx birləşib: “Cənab İlham Əliyev ölkə gəncliyinə xüsusi diqqət və qayğı ilə yanaşaraq onların bütün sferalarda önə çəkilməsini təmin edib. Məhz bunun nəticəsi olaraq gənclik Azərbaycan bayrağını daha yüksək zirvələrə ucaldıb”.
Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Fəxrəddin Nağıyev də çıxışında ölkəmizdə yaradılan azad və demokratik seçki mühiti, bu istiqamətdə görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda demokratik prinsiplər ən yüksək səviyyədə təmin olunub. “Seçki prosesi də demokratik proseslərin tərkib hissəsidir. Qarşıdan gələn prezident seçkilərində də ölkə gəncliyi aktivlik nümayiş etdirəcək”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik dövlət quruculuğunun bu gün cənab İlham Əliyev tərəfindən ən yükəsk formada həyata keçirildiyini, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması baxımından bütün zəruri addımların atıldığını bildirib: “Oktyabrın 9-da biz 1993-cü ildən bu günə qədər davam edən demokratik seçki ənənəsinin növbəti təntənəsinin şahidi olacağıq. Seçki təbliğatı və təşviqatı kampaniyası çərçivəsində Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində keçirdiyimiz görüşlərdə insanların bu proses haqqında tam məlumatlı olması, eyni zamanda, məhz cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmələri onların ölkə həyatı üçün olduqca önəm kəsb edən məsələlərə həssas münasibətindən xəbər verir. Qaradağ rayonunun ilk dəfə səs verəcək gəncləri də artıq seçki prosesi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Ona görə də, inanırıq ki, onlar doğru seçim etməklə xoşbəxt gələcəklərini təmin etmiş olacaqlar”.
Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini də diqqətə çatdıran A.Hüseynov deyib ki, dövlətin məqsədyönlü tədbirləri gənclərin inkişafına, onların kreativ bir qüvvə kimi ölkə həyatında fəal iştirakına əsaslı zəmin yaradıb.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da ilk dəfə səs verəcək qaradağlı gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib. O bildirib ki, cənab İlham Əliyev tərəfindən ölkə gəncliyinə hər zaman diqqət və qayğı göstərilib. “Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin səsi beynəlxalq arenalardan və dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilir”, deyən R.Abbasov gəncliyin də öz üzərinə düşən məsələləri məsuliyətlə yerinə yetirməsinin vacibliyini önə çəkib. R.Abbasov qarşıdan gələn seçkilərdə gənclərin böyük fəallıq nümayiş etdirəcəyinə, ilk dəfə səs verəcək qaradağlı gənclərin də, xüsusilə, fəallıq göstərəcəyinə əminliyini ifadə edib.
“Gənc Diplomatlar” İctimai Birliyinin baş katibi Eltun İbrahimov da seçki ilə bağlı gənclərin maariflənməsi və digər məsələlərə toxunub. Gənclərin ölkənin ictimai-siyasi həyatında aktivliyinin vacibliyinə toxunan E.İbrahimov seçkilərdə qaradağlı gənclərin də aktivlik nümayiş etdirəcəyini söyləyib.
Görüşün sonunda elm, mədəniyyət, idman və digər sahələrdə fərqlənmiş bir qrup gəncə diplom və hədiyyələr təqdim edilib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16

