Seçicilər uğurlarımızın gələcəkdə də davam etməsi üçün cənab İlham Əliyevə səs verəcək
22.09.2013 [10:51]
Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər rayonun Aşıqlı, Köşkü və Üçbulaq kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq rayon ictimaiyyətini seçkilərdə fəal iştirak etməyə çağırıb: “Azərbaycan çox əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. Qarşıdan prezident seçkiləri gəlir. İnanıram ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev növbəti əzəmətli qələbəyə imza atacaq. Çünki xalqımızın birmənalı seçimi dövlətimizin başçısı İlham Əliyevdir”.
O əlavə edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətimizin gücünü artırmaqla yanaşı, hər bir vətəndaşın həyat şəraitini də daha da yaxşılaşdırıb: “Mən seçiciləri Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçımız İlham Əliyevə səs verməyə çağırıram. Tərəddüdsüz deyə bilərəm ki, bu, xalqımızın ən doğru seçimidir”.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətindən bəhs edib, əmin olduğunu vurğulayıb ki, bu seçkilər də Yeni Azərbaycan Partiyasının Sədrinin qələbəsi ilə nəticələnəcək. Diqqətə çatdırıb ki, Göygöl ictimaiyyəti də Prezident İlham Əliyevi Azərbaycan xalqının alternativsiz lideri kimi qəbul edin.
YAP Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva isə “Bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələrə nümunə olaraq göstərilir” deyib. Vurğulayıb ki, həmçinin, Azərbaycan demokratik inkişaf yolunda dinamik addımlarla irəliləyir. Bunun da qanunauyğun nəticəsi kimi, dünya ictimaiyyəti ölkəmizin demokratik inkişafını təqdir edir. “Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir” - deyə, o, vurğulayıb.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrindən bəhs edərək vurğulayıb ki, Azərbaycanın intensiv tərəqqisi dünya miqyasında təqdir olunur. “Təsadüfi deyil ki, ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Həmçinin, Azərbaycan dünya dövlətlərinin etibarlı tərəfdaşıdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mütərəqqi əsaslara söykəndiyini, milli maraqlara əsaslandığını göstərir. Ona görə də seçicilər gələcək uğurlar üçün cənab İlham Əliyevə səs verəcək” - deyə, o, əlavə edib.
Çıxış edənlərdən - təbliğat qrupunun üzvü Azad Mehdiyev, seçicilər Albert İsmayılov, İlqar İsayev, Zülfiyyə Kamalova, Müsəllim Yusibov 9 oktyabr seçkilərində rayon ictimaiyyətinin cənab İlham Əliyevə səs verəcəyini bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

