Mingəçevir seçiciləri xoşbəxt, varlı, inkişaf edən, elmli, savadlı gələcəyə səs verəcək
22.09.2013 [10:49]
YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə görüşlər keçirib
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş şəhərin 20 Yanvar küç.166 saylı binanın ərazisində yaşayan seçicilərlə keçirilib.
Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov qarşıdan gələn prezident seçkilərinin Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə əldə edilən iqtisadi-siyasi, sosial uğurla Azərbaycan xalqının rifah içində yaşamasına şərait yaradıb. YAP Mingəçevir şəhər təşkilatının sədri əminliklə ifadə edib ki, Mingəçevir seçiciləri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi-iqtisadi kursu tam dəstəkləyir və bu seçkidə də Yeni Azərbaycan Partiyasının Sədrinə səs verəcəklər: “Ötən 10 il ərzində bütün Azərbaycanda, o cümlədən, bizim şəhərimizdə tikilən yeni məktəblər, əsaslı təmir olunaraq istifadəyə verilən təhsil müəssisələri, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı üçün böyük şərait yaradıb. Mən inanıram ki, Azərbaycan xalqı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrdən xəbərdardır. Son 10 ildə yoxsulluq olduqca aşağı səviyyəyə enib. Artıq qarşıya böyük və məsuliyyətli bir vəzifə qoyulub: Azərbaycanda yoxsulluq tam şəkildə aradan götürülsün. Mən əminəm ki, Mingəçevir sakinləri də bu siyasətin davam etməsinə səs verəcək”.
Tədbirdə çıxış edən millət vəkili, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, Azərbaycan xalqı xoşbəxt, varlı, inkişaf edən, elmli, savadlı gələcəyə səs vermək istəyirsə, Azərbaycanın bütün problemlərinin həllini, ölkəmizdə gedən iqtisadi-siyasi inkişafın davamlı olmasını arzulayırsa, övladlarımızın sabit, əmin-amanlıq şəraitində yaşamasını istəyirsə 9 oktyabr prezident seçkilərində Prezident İlham Əliyevə səs verməlidir: “Mən inanıram ki, Mingəçevir seçiciləri Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyəcəklər. Bizim yolumuz Ulu öndər Heydər Əliyev yoludur, Prezident İlham Əliyev yoludur. Mən əminəm ki, Azərbaycanda bütün vətəndaşlar bu siyasi xəttə inanır, güvənir. Bu siyasi xətt Azərbaycanı uğulu gələcəyə aparır”.
Daha sonra təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə çıxış edən Bəhmən Nəcməddinov Azərbaycanın əldə etdiyi uğurların göz qabağında olduğunu söyləyib. Natiq bunun qarşılığında vətəndaşlıq borcunun ödənilməsini vacib sayıb: “Hər birimiz bu cür əhval-ruhiyyə ilə, milli təəssübkeşliklə seçki məntəqələrinə getməliyik. Cənab İlham Əliyev 10 ildə sübut etdi ki, hər bir bir azərbaycanlının Prezidentidir, hər bir azərbaycanlı isə seçki günü sübut etməlidir ki, öz Liderini sevir və Ona inanır”.
Çıxış edən seçicilər Prezident İlham Əliyevi dəstəklədiklərini söyləyiblər. Qeyd edilib ki, Mingəçevir seçiciləri öz seçimlərini artıq ediblər, 9 oktyabrda Prezident İlham Əliyevə səs verərək bu seçimi rəsmiləşdirəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36

