9 oktyabr Azərbaycan xalqının növbəti zəfər günü olacaq
20.09.2013 [10:44]
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Samux rayonu üzrə seçki qərargahı Aşağı Ağasbəyli və Bağbanlar kəndlərində seçicilərlə görüşlər keçirib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Samux rayonu üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində rayonun Aşağı Ağasbəyli və Bağbanlar kəndlərində seçicilərlə görüşlər keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən danışan təşkilat sədri qeyd edib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. “Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırkı seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilməkdədir”, – deyə, G.Bayramov qeyd edib.
Onun sözlərinə görə, cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və insanlar növbəti 5 ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər. “Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir”, - deyə, vurğulayan təşkilat sədri əlavə edib ki, Azərbaycan xalqının YAP-ın Sədri İlham Əliyevə dərin inam və etimad bəslədiyini və seçkilərdə fəal iştirak edərək Ona səs verəcəklərinə inandığını əminliklə vurğulayıb.
Gəncə Dövlət Universitetinin prorektoru, professor Yusif Yusifov isə bildirib ki, 21 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. “Cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət göstərir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalıdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ən ali prinsiplərinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib”, - deyə professor əlavə edib.
Y.Yusifov əmin olduğunu bildirib ki, əldə edilən bütün bu nailiyyətlərin fonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev prezident seçkilərində möhtəşəm qələbə qazanacaq: “Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha cənab İlham Əliyevi özünün Prezidenti kimi görəcək”.
Bağbanlar bələdiyyəsinin sədri, Bağbanlar ərazi ilk partiya təşkilatının sədri Raziyyə Orucova isə öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan, həyata keçirilən sosial layihələrdən söz açıb, görülən işlərin xalq tərəfindən rəğbətlə qarşılandığını bildirib. O, Samux rayonunun sosial-iqtisadi inkişafını, aparılan geniş tikinti-quruculuq işlərini və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işləri dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Aşağı Ağasbəyli kəndinin icma qrup rəhbəri Valeh Zeyanov isə deyib ki, seçicilərinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.
Kənd sakinləri Yusif Cəfərov, Nazilə Əzimova və digərləri isə çıxışlarında qeyd ediblər ki, 9 oktyabrda keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

