Xalqı xalq edən, milləti millət edən onun ana dilidir
01.08.2025 [17:35]
Xaləddin Tağıyev,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Hər bir xalqın milli kimliyi onun sahib olduğu dili ilə öz təsdiqini tapır. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Bu amil olmadan dünya xalqları arasında öz yerini tapmaq, öz sözünü demək, milli kimliyini qəbul etdirmək mümkün olmazdı. Tarixən o xalqlar öz varlığını qoruyub saxlaya biliblər ki, onlar ilk növbədə, əcdadlarının yaratdıqları qədim dillərini bütün yad təsirlərdən qoruyub, yaşadıb, başlıcası onu inkişaf etdirə biliblər. Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.Müasir Azərbaycanın ictimai-siyasi və mənəvi dirçəliş yolunda bir çox mühüm mərhələlərə imza atan Ulu Öndər Heydər Əliyev xalqımızın milli kimliyinin əsas dayaqlarından biri olan ana dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir. 1978-ci il aprelin 27-də onun təşəbbüsü və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi təkcə hüquqi akt deyil, eyni zamanda milli mənəvi özünüdərkin rəmzinə çevrilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif müzakirələr getdiyi halda, Ümummilli Lider öz prinsipial mövqeyini ifadə edərək “Azərbaycan dili” adının birmənalı şəkildə təsbit olunmasına nail oldu. Bu, onun dilə olan sonsuz sevgisinin və məsuliyyətinin növbəti sübutu idi. 2001-ci ilin 18 iyununda Ulu Öndər tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dili ilə bağlı məsələlərin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsi təmin olundu. Eyni zamanda, 2001-ci il 9 avqust tarixində imzalanmış digər Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başlandı. Bu, dilə və yazıya verilən yüksək dəyərin təcəssümüdür.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

