/ / Hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını öz yaşamında, həyatında hiss edir
Hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını öz yaşamında, həyatında hiss edir
19.09.2013 [10:17]
Gədəbəy rayonunun Slavyanka və Novosaratovka kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində 2875 nəfər seçicisi olan Slavyanka kəndində və 1528 nəfər seçicisi olan Novosaratovka kəndində geniş tədbirlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. R.Nağıyev cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Bildirib ki, yaşadığı ərazinin kənd və ya şəhər olmasından asılı olmayaraq hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsini öz yaşamında, həyatında hiss edir: “Sosial, siyasi, iqtisadi, o cümlədən başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti qiymətləndirir. İnsanlarımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirir”.
Çıxış edən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov bildirib ki, cənab İlham Əliyevin Prezident olduğu son 10 ildə apardığı fəaliyyət dövlətin və vətəndaşların rifahına, maraqlarının qorunmasına xidmət edib. 9 oktyabr günündə məhz bu amil xalq tərəfindən qiymətləndiriləcək: “Sevindirici haldır ki, məhz Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu bir ölkədə yaşayırıq. Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Azərbaycan xalqı bir zamanların təlatümlü dövrünü başa vurub və sabitliyə qədəm qoyub. Artıq insanlar mədəni, mütəşəkkil şəkildə heç bir təzyiqə məruz qalmadan, azad, şəffaf və demokratik şəkildə seçki məntəqələrinə gedərək öz seçimlərini edirlər. Seçicilərimiz öz səslərini isə cənab İlham Əliyevə verməklə öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına səs verəcəklər”.
Görüşdə çıxış edən Avrasiya Universitetinin rektoru Nazim Hüseynli ölkəmizdə aparılan sosial islahatlardan bəhs açıb. Bildirilib ki, bu gün Azərbaycan dövləti yerləşdiyi regionun ən aparıcı dövlətinə çevrilib. Bu uğurlu nəticəyə isə cənab İlham Əliyevin 10 ildə apardığı düzgün siyasi kurs nəticəsində nail olunub. Qeyd edilib ki, Gədəbəy rayonunda da ilbəli yeni iş yerlərinin sayı artmaqdadır. Rayonda aparılan abadlıq-quruculuq işləri rayon əhalisi tərəfindən qiymətləndirilir.
Çıxış edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov deyib ki, cənab İlham Əliyevin yürütdüyü daxili siyasət birliyə, vətəndaşların vahid ideya ətrafında birləşməsinə xidmət edir. İ.Rüstəmov bildirib ki, bu gün Azərbaycan dövləti öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Artıq ölkəmizin adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Buna isə məhz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən yeni, müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən siyasət nəticəsində nail olunub.
Tədbirdə çıxış edən Texniki Universitetin Kimya kafedrasının müdiri Mahmud Rüstəmov bildirib ki, hər bir seçici ölkəmizdə nail olunan uğurların gələcək illərdə də davam etdirilməsini istəyirsə, mütləq seçki günü seçkilərə gəlməli və Prezident İlham Əliyevə növbəti beş ildə Azərbaycan dövlətinə daha yüksək uğurlar qazandırması üçün səs verməlidir. Onun sözlərinə görə, aparılan düzgün siyasət əhalinin sosial rifahının yüksəlməsinə, gəlirlərinin artmasına səbəb olub. Azərbaycan xalqı qətiyyətlə bu siyasətin davamını istəyir.
Çıxış edən millət vəkili Sevinc Hüseynova deyib ki, ölkəmizdə gedən ümumi inkişafdan Gədəbəy rayonuna da böyük pay düşüb. O bildirib ki, Gədəbəy rayonunun problemləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətindədir.
Daha sonra çıxış edən kənd camaatı son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından razılıqlarını bildiriblər. Qeyd olunub ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və oktyabrın 9-da keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

